Konte gələcəyi ilə bağlı iddialara aydınlıq gətirdi
Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
İtaliyalı mütəxəssis Antonio Konte gələcək karyerası ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Apasport.az xəbər verir ki, təcrübəli məşqçi onunla bağlı iddiaların həqiqəti əks etdirmədiyini deyib:
“Napoli”nin baş məşqçisi kimi keçirdiyim möhtəşəm və uğurlu dövrdən sonra məşqçiliyə necə və nə vaxt qayıdacağımı düşünmək üçün özümə vaxt ayıracağam. Qayıdış qərarını yalnız şərtlərin uyğun olduğuna inandığım zaman verəcəyəm. Bu, diqqətlə düşünülmüş qərar olacaq.
Adı çəkilən klublara guya artıq maddi tələblərimi və tam nəzarət istədiyimi bildirmişəm kimi xəbərlər oxudum. Həmçinin güclü xarakterimlə bağlı narahatlıqların olduğu yazılır. Bu xəbərlər əsassızdır, çünki hazırda belə müzakirələr üçün konkret zəmin yoxdur.
Real təklif yaranarsa, həmin klubla danışıqlar aparmaq, hər iki tərəfin ehtiyaclarını və məşqçi kimi iş prinsiplərimi nəzərə alaraq mümkün əməkdaşlığın şərtlərini müzakirə etmək olar.
O vaxta qədər tələblərim və peşəkar gələcəyimlə bağlı bütün iddialar sadəcə fərziyyədir və həqiqət kimi qəbul edilməməlidir”.
Qeyd edək ki, 57 yaşlı mütəxəssis təxminən dörd aydır işsizdir. Onun adı son olaraq “Mançester Yunayted”lə hallanıb. İngiltərə klubunun Maykl Kerriklə yollarını ayıracağı təqdirdə Kontenin baş məşqçi postuna namizədlərdən biri ola biləcəyi iddia edilib.
“Trabzonspor”un qapıçısı avtomobil qəzasına düşüb Şenol Günəşdən Sergen Yalçının təyinatına REAKSİYA “Yunayted”in kapitanının evi qarət olunub - ÇL MATÇI ZAMANI “Fənərbaxça”da ilk ayrılıq: Mimoviç yola salınır Türkiyənin 4 nəhəng klubu cərimələnib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 23 Oktyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















