Icma.az
close
up
RU
Könüllülər hərəkatı dövlət dəstəyi və gənclərin fəallığının vəhdəti

Könüllülər hərəkatı dövlət dəstəyi və gənclərin fəallığının vəhdəti

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Könüllülər hərəkatı müasir cəmiyyətin inkişafında mühüm yer tutan sosial fəaliyyət istiqamətlərindən biridir. Könüllülük insanların heç bir maddi maraq güdmədən, öz istəyi ilə cəmiyyətə fayda vermək, sosial problemlərin həllinə töhfə göstərmək məqsədilə həyata keçirdiyi fəaliyyətdir. Bu hərəkat sosial həmrəyliyin möhkəmlənməsinə, vətəndaş məsuliyyətinin formalaşmasına və gənclərin fəallaşmasına xidmət edir.

Azərbaycanda könüllülər hərəkatının sürətli inkişafı birbaşa dövlət gənclər siyasətinin uğurlu nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar gənclərin ictimai həyatda fəal iştirakını təşviq edir, onların potensialının üzə çıxarılmasına geniş imkanlar yaradır. Dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğı könüllülük mədəniyyətinin formalaşmasında mühüm rol oynayır.

Könüllülər hərəkatının inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri vardır. Mehriban Əliyevanın humanizmə, sosial rifaha və xeyirxahlığa əsaslanan fəaliyyəti gənclər üçün nümunədir. Onun təşəbbüsü və dəstəyi ilə həyata keçirilən çoxsaylı sosial, humanitar və mədəni layihələrdə könüllülərin fəal iştirakı təmin olunur və bu fəaliyyətlər cəmiyyətdə könüllülük ruhunun daha da güclənməsinə şərait yaradır.

Bu gün Azərbaycanda “YAP Könüllüləri”, “ASAN Könüllüləri”, “DOST Könüllüləri” və digər könüllü təşkilatlar dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində, sosial xidmətlərin keyfiyyətinin artırılmasında mühüm rol oynayır. Könüllü fəaliyyətlər gənclərdə liderlik, ünsiyyət, məsuliyyət və təşkilatçılıq bacarıqlarını inkişaf etdirir, onların gələcək həyatına müsbət təsir göstərir.

Könüllülük eyni zamanda mənəvi dəyərlərin təbliği baxımından da əhəmiyyətlidir. Yardımlaşma, empati və sosial məsuliyyət kimi keyfiyyətlər könüllü fəaliyyətlər vasitəsilə cəmiyyətin ayrılmaz hissəsinə çevrilir. Fövqəladə hallar və sosial çətinliklər zamanı könüllülərin operativ və fədakar fəaliyyəti onların cəmiyyət üçün nə qədər vacib olduğunu bir daha sübut edir.

Nəticə olaraq, könüllülər hərəkatı Azərbaycanda dövlət dəstəyi, gənclərin fəallığı və ictimai həmrəyliyin uğurlu vəhdətidir. Cənab Prezident İlham Əliyevin gənclərə olan diqqəti və Mehriban Əliyevanın humanist fəaliyyətləri bu hərəkatın daha da inkişaf etməsinə güclü təkan verir. Könüllülük – güclü dövlət və sağlam cəmiyyətin əsas sütunlarından biridir.

Röyalə Əliyeva

YAP Ağcabədi rayon təşkilatının könüllüsü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri