Icma.az
close
up
RU
Köpəkbalığı hücumlarının artmasının səbəbi bu imiş

Köpəkbalığı hücumlarının artmasının səbəbi bu imiş

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Fransalı alimlər son illərdə köpəkbalığı hücumlarının artmasında sosial media platformalarını və məşhurları məsuliyyətli hesab edir. Araşdırmalara görə, yırtıcı heyvanların insanlara hücum etməsində əsas səbəb insanların davranışlarıdır.

Yenisabah.az xəbər verir ki, araşdırmanı həyata keçirən Adalar və Ətraf Mühit Müşahidə Mərkəzinin (CRIOBE) baş elmi işçisi Erik Kloa bildirib ki, köpəkbalıqları əslində insanlara hücum etməyə meyilli deyillər və baş verən hücumların çoxu qorxmuş heyvanın özünü müdafiə etməsi nəticəsində yaranır.

Kloa açıqlamasında, "Bir çox məşhurun sosial şəbəkələrdə etdiyi kimi, köpəkbalığının kürək üzgəcinə sarılmaq və ya onu sığallamaq təhlükəsizliyə dəlalət etmir, bunu tövsiyə etmirəm," deyib.

O, insanların bir yorkşir terrier ilə pitbull cinsli it arasında fərq qoyduqlarını və küçədə bir pitbulla yaxınlaşmaqdan çəkinmələrini bildirdiyini qeyd edib. Lakin eyni məntiqlə köpəkbalıqlarına yanaşmadıqlarını vurğulayıb.

"Özlərini təhlükədə hiss etdikdə hücum edirlər"

Tədqiqat göstərib ki, köpəkbalıqları əsasən özlərini təhdid altında hiss etdikdə hücuma keçir. Qurbanlar, köpəkbalığı tərəfindən qida rəqibi və ya onun ərazisini pozan varlıq kimi qəbul edilən açıq dənizdəki turistlər və balıqçılar olur.

Alimlər əlavə ediblər ki, köpəkbalıqları özlərini müdafiə edərkən birbaşa hücuma keçmir, əvvəlcə insanlarla təmasdan yayınmağa çalışırlar. Bu halda baş verən dişləmələr adətən səthi olur və böyük əksəriyyətində ciddi xəsarətlərə səbəb olmur.

Bu cür hallar, qurbanın öldürülüb yeyilməsi məqsədilə həyata keçirilən yırtıcı köpəkbalığı hücumlarından əsaslı şəkildə fərqlənir. 

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 Aprel 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri