Icma.az
close
up
RU
“Kopenhagen” “Qarabağ”la 27 il əvvəlki oyunları xatırladı Video

“Kopenhagen” “Qarabağ”la 27 il əvvəlki oyunları xatırladı Video

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Oktyabrın 1-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionununda “Qarabağ”la “Kopenhagen” arasında Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda oyun keçiriləcək. Bu, Azərbaycan və Danimarkanın hazırkı çempionlarının 5-ci qarşılaşması olacaq.

QOL.az xəbər verir ki, ilk dəfə bu komandalar hələ 27 il əvvəl - 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlmiş və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanmışdılar - evdə 6:0, səfərdə 4:0.

2017-ci ildə isə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə “Qarabağ”ın rəqibindən üstün olmuşdu. Bakıda 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qqydası sayəsinsə tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmişdi.

Bu dəfəki oyun öncəsi “Kopenhagen” klubunun rəsmi saytı həmin oyunları yada salıb. Saytda yayımlanan yazını QOL.az-ın oxucuları ilə də bölüşürük.

1998-ci ilin avqustu

İlk baharda “Ikast” üzərində qazandığımız kubok finalı qələbəsi bizə Kuboklar Kubokuna vəsiqə qazandırmışdı. 1-ci mərhələdə rəqibimiz o vaxtlar “tamamilə tanınmaz” adlandırılan “Qarabağ Agdam” olmuşdu.

Onlar ölkə kubokunun finalında “Kəpəz”ə uduzmuşdula. Lakin “Kəpəz” həm də çempion olduğundan, Kuboklar Kubokunda iştirak hüququ “Qarabağ”a verilmişdi.

Yeni baş məşqçimiz Kent Karlsson kifayət qədər güclü heyətə sahib idi, amma “Parken”də keçiriləcək ilk oyundan öncə əhval-ruhiyyə yüksək deyildi. Çünki bir neçə gün əvvəl “Herfolge” komandasına 0:3 hesabı ilə biabırçı məğlub olmuşduq.

Azərbaycanla bağlı az sayda məlumat müəyyən ümid yaratsa da, biz rəqibi canlı görməmişdik, çünki onların liqası hələ başlamamışdı.“Biz bu oyunu qazanmalıyıq. Ən azı 2:0 hesabı ilə qalib gəlməliyik ki, cavab matçından əvvəl yaxşı üstünlüyümüz olsun,” – deyə Karlsson bildirmişdi. Onun ümidləri doğruldu: artıq 12-ci dəqiqədə hesab 3:0 idi, ilk hissənin ortalarında 5:0 oldu, fasiləyə isə 6:0-la yollandıq. Bu da yekun nəticə idi.

“Fasilədən sonra motivasiyanı qorumaq bir az çətin idi, baxmayaraq ki, məşqçi bizdən daha çox qol istəmişdi,” – deyə qələbədən sonra kapitan Peter Nielsen etiraf etmişdi.

Ev oyununda səfər forması

Şəkillərdə göründüyü kimi, həmin oyunda biz qara-boz zolaqlı səfər formasında çıxış etmişdik. Görünür, buna səbəb “Qarabağ”ın matça yalnız tam ağ formayla gəlməsi idi. Bu, ilk belə hal deyildi – 1993-də “Linfield”, 1995-də “Hradec Kralove” və İntertoto Kubokunda “Örebro” və “Austria” Vyanaya qarşı da evdə səfər formasında oynamışdıq. 2003-də isə ÇL təsnifatında “Sliema Wanderers”a qarşı evdə səma-mavi formada çıxış etmişdik.

Cavab oyunu – formallıq

Azərbaycanla cavab görüşü formalıqdan başqa bir şey deyildi. 30 dərəcə istidə keçən oyunda “Qarabağ” 10-cu dəqiqədə futbolçusunu qırmızı vərəqə ilə itirdi. Uzun müddət qol olmadı, ta ki, sona 20 dəqiqə qalmış biz hesabı açdıq və ardınca 4 qol vurduq. Onlardan birini ikinci hissədə debüt edən gənc Newroz Doğanla oynayarkən qeydə aldıq. Bu, onun “Kopenhagen”də yeganə rəsmi oyunu oldu.

Matçın son dəqiqələrində isə Carsten Hemmingsen qırmızı vərəqə aldı. Ümumi nəticədə 10:0 hesablı qələbə zamanı bu, bəlkə də gərəksiz idi. Beləcə, o, növbəti mərhələdə “Levski” Sofiya ilə oyunları buraxdı. Həmin mərhələdə Bolqarıstanda 2:0, evdə isə 4:1 hesabı ilə qalib gəldik. Sonra “Stamford Bridge”də “Çelsi” ilə 1:1 oynadıq, evdə isə 0:1 uduzub 90-cı illərin ən yaxşı avrokubok payızını başa vurduq.

2017-ci ilin avqustu

1998-ci ildəm sonra “Qarabağ” bir neçə dəfə kubok qazansa da, onların əsl yüksəlişi 2013/14 mövsümündən başladı. O vaxtdan bəri Azərbaycan futbolunda hegemonluq edirlər.

Pley-off püşkatmasında əvvəlcə onların adı çıxdı, sonra isə bizim. Rəqiblərimiz “Astana”, “Rijeka”, “Hapoel” Beer-Şeva və “Slaviya” Praqa da ola bilərdi.

O dövrdə “Qarabağ” ardıcıl üç ildir “dubl” edirdi. Onların məşqçilər korpusunda isə Ruben Selles də var idi. İlk oyunda səfərdə 0:1 uduzduq. Qol ilk hissənin ortasında əks-hücumdan və dirəkdən dönən topun Mədətov (Mahir Emreli - red.) tərəfindən qapıya göndərilməsi ilə gəldi. Oyunun son yarım saatında rəqib bir neçə təhlükəli epizod yaratdı, amma Robin Olsen qolların qarşısını aldı və biz Bakını nisbətən yaxşı nəticə ilə tərk etdik.

Səfər qolu qaydası

Kopenhagendəki cavab oyununda Federiko Santander bizi fasilədən əvvəl önə keçirdi. Lakin “Qarabağ” ikinci hissənin ortalarında hesabı bərabərləşdirincə, biz iki qol vurmaq məcburiyyətində qaldıq. O vaxt səfər qolu hələ qüvvədə idi – təəssüf ki, bu, bizim ziyanımıza işlədi.

Andrija Pavloviç qısa müddət sonra bizi yenidən önə keçirsə də, böyük təzyiqimizə baxmayaraq, üçüncü qolu vurmaq mümkün olmadı. Nəticədə “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəldi. Və o vaxtdan bəri ilk dəfə yenidən buradadır – bu dəfə Liqa mərhələsində, “Selburn”, “Şkendiya”, “Ferentsvaroş” və “Benfika” üzərində qələbələrlə.

“Qarabağ” kimlərlə oynamışdı?

1998-ci il, Kopenhagendəki matçda

1 Camallədin Əliyev, 3 Elşad Əhmədov, 4 Vadar Nuriyev, 5 Zaur Qarayev, 6 Rüfət Quliyev (Mais Əzimov, 60) 7 Mirbağır İsayev (Səttar Əliyev), 9 Təb­r­iz Həsənov, 10 Müşfiq Hüseynov, 11 Bəxtiyar Musayev, 14 Renat Abdaşov, 15 Emil Paşayev
Baş məşqçi: Böyükağa Ağayev

Qollar: Martin Nielsen, 1, Thomas Thorninger (6), Peter Nielsen (12), Bjarne Goldbaek (19), 
Morten Falch (25), Peter Nielsen (40).

1998-ci il, Bakıdakı matçda

Camallədin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Zaur Qarayev, Rüfət Quliyev, Mirbağır İsayev (Kənan Mahmudov, 79), Mais Əzimov, Təb­r­iz Həsənov, Müşfiq Hüseynov (k) (Yalçın Bağırov, 68), Emil Paşayev, Vəli Hüseynov

Qollar: Niklas Yensen, 70, Peter Nielsen, 75, David Nielsen, 80, 88-ci dəq

2017-ci il, Bakıdakı matçda

13 İbrahim Şehiç, 5 Maksim Medvedev (k), 55 Bədavi Hüseynov, 52 Yakub Rzezniçak, 25 Ansi Aqolli, 8 Miçel, 2 Qara Qarayev, 20 Riçard Almeyda, 11 Mahir Mədətov, 9 Dino Ndlovu (22 Əfran İsmayılov, 90+5), 17 Donald Ger­rye
Baş məşqçi Qurban Qurbanov

Qol: Mahir Mədətov, 25

2017-ci il, Kopenhagendəki matçda

13 İbrahim Şehiç, 5 Maksim Medvedev (k), 5 Bədavi Hüseynov, 52 Yakub Rzezniçak, 25 Ansi Aqolli, 8 Miçel, 20 Riçard Almeyda (32 Elvin Yunuszadə, 90+2) 17 Donald Gerrye (Əfran İsmayılov, 14 Rəşad F. Sadıqov, 80) 2 Qara Qarayev, 11 Mahir Mədətov, 9 Dino Ndlovu

Qollar: Federiko Santander, 45 (1:0), Dino Ndlovu, 63 (1:1), Andrija Pavloviç, 66 (2:1)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 Sentyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya və İrana gedən siyasətçi həbs edildi

28 Sentyabr 2025 00:51see156

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see150

Məşhur atlet boksçudan ayrıldı

28 Sentyabr 2025 07:12see137

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see137

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see135

Xankəndiyə döyüşərək girən, Qarabağ Universitetində təhsil alan İlqar: Elə burada da evlənəcəm...

27 Sentyabr 2025 23:30see135

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2025 16:55see134

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see133

III MDB Oyunlarında üzgüçülük yarışının medalçılar bəlli olub

28 Sentyabr 2025 10:50see132

Skuterdə sürəti aşdı, başı svetafora girdi

27 Sentyabr 2025 22:51see132

Xaçmaz Bakı marşrut avtobusunda həyacanlı ANLAR Sərnişinin ürəyi... FOTO

28 Sentyabr 2025 16:39see131

Bakıda 76 yaşlı kişini maşın vurub öldürdü

27 Sentyabr 2025 19:33see130

Haber Global : İkinci Qarabağ müharibəsi ilə bağlı Ankarada əlamətdar mərasim keçirilib

27 Sentyabr 2025 16:58see128

Turan Tovuz dan 3 dəqiqəyə iki qol Yenilənir

28 Sentyabr 2025 17:08see128

Rusiyada saxta spirtli içki kabusu: Daha bir bölgədə ölüm halları qeydə alındı

27 Sentyabr 2025 16:45see126

Azərbaycandan gələn maşında heroin aşkarlandı KONKRET

27 Sentyabr 2025 15:53see123

Liqa 1: Olimpik Lion dan minimal hesablı qələbə

29 Sentyabr 2025 01:34see120

Xameneidən Hizbullah a mesaj var Laricani çatdırdı

28 Sentyabr 2025 16:41see120

Sarıköklü südün faydaları

28 Sentyabr 2025 07:01see119

Ukraynanın bir çox bölgəsi Rusiya PUA larının hücumuna məruz qalıb

28 Sentyabr 2025 03:25see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri