Kopenhagen Tofiq Bəhramov un problemini rəsmi saytında ictimailəşdirdi!
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i qəbul edəcəyi matçın başlamasına saatlar qaldı.
Bilindiyi kimi, oyun ətrafında aparılan müzakirələrdən biri də Tofiq Bəhramov adına Respublika stadionun ot örtüyünün vəziyyətidi. Düzdü, "Qarabağ" qazonun durumunun yaxşılaşdırılması üçün müəyyən işlər görüb. Ancaq bu gün ot örtüyünün ideal durumda olmadığı heç kimə sirr deyil. Əfsuslar olsun ki, dünən Danimarka təmsilçisinin oyunöncəsi mətbuat konfransında iştirak edən baş məşqçi Yakob Neestrup və qapıçı Dominik Kotarski də bu məsələylə bağlı narahatlıqlarını ifadə etdi.
"Football-plus.az" xəbər verir ki, "Kopenhagen" bu mövzuya rəsmi saytında da yer verib. Klubun mətbuat xidməti Tofiq Bəhramov adına Respublika stadionunun tarixi və idman qurğusunun adını daşıdığı mərhum hakim haqda ətraflı bilgiləri azarkeşləriylə bölüşməklə yanaşı özündə qazonun durumunu əks etdirən şəkil yayıb. Fotonun altında bu ifadə qeyd edilib:
"Şəkildə aydın görünməsə də, ot örtüyünün vəziyyəti heç də yaxşı deyil".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















