“Kopenhagen”in baş məşqçisi: “Mənə dedilər ki, ağzımı yumulu saxlamalıyam”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda Bakıda olan “Kopenhagen” klubunun baş məşqçisi Yakob Neestrup uzun təyyarə uçuşu ilə bağlı fikirlərini bölüşüb.
İdman.biz Bold.dk-ə istinadən xəbər verir ki, məşqçi uzun təyyarə yolçuluğunun şikayət üçün səbəb olduğunu desə də, bu məqama yumorla yanaşmağı üstün tutub.
Yakob Neestrup bildirib ki, köməkçilərindən biri “Kayrat”la səfər oyunununa eyham vuraraq, ona gələcəkdə daha uzun yolçuluğun olacağını xatırladıb.
Bundan sonra mütəxəssis uçuşun çətinliyi ilə bağlı söhbətə “Mənə dedilər ki, ağzımı yumulu saxlamalıyam” - sözləri ilə yekun vurub.
Xatırladaq ki, “Qarabağ” bu gün Çempionlar Liqasının əsas mərhələsində 2-ci oyununa çıxacaq. Ağdam təmsilçisi Danimarkanın “Kopenhagen” klubunu qəbul edəcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda, Bakı vaxtı ilə 20:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 01 Oktyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















