“Kopenhagen”in baş məşqçisi ölkəsində tənqid olundu o, hansı səhvə yol verib?
Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarka futbolunun əfsanələrindən biri, hazırda futbol şərhçisi kimi fəaliyyət göstərən Brayan Laudrup “Qarabağ” – “Kopenhagen” matçını (2:0) şərh edib.
“Football-plus.az” xəbər verir ki, o, məğlubiyyətə görə baş məşqçi Yakob Neestrupu qınayıb:
“Kopenhagen” Bakıda çox ciddi problemlə üzləşdi. Komanda ilk yarıda rəqibi çəkindirəcək hücumla yadda qalmadı. Neestrup futbolçularının özünü itirdiyini etiraf edə bilmir. Kollektiv baxımlı oyunla da yadda qala bilmədi. Düzü, bunda ot örtüyünün də rolu ola bilər. Ancaq unutmamalıyıq ki, şərtlər hər iki komanda üçün eyni idi. Sadəcə, həmin ot örtüyünə öyrəşən “Qarabağ” xeyli epizodda vəziyyətdən çıxış yolunu tapa bildi. Neestrup oyundan əvvəl ot örtüyünün vəziyyətinin bəhanə ola bilməyəcəyini demişdi. Lakin həmin durumdan xilas olmaq üçün hansı starategiyadan istifadə etməli olduğunu tapa bilmədi. “Kopenhagen” xüsusilə birini hissədə heç cür oyun ritminə uyğunlaşa bilmədi”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 03 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















