“Kopenhagen”in start heyəti bəllidi? Yakobun qalib “11 liy”i bilindi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Qarabağ” – “Kopenhagen” matçı yaxınlaşdıqca “köhlən atlar” qədər rəqibin də start heyətində hansı futbolçuların yer alacağı sualı adamın beynini məşğul edir. Təbii ki, bu yöndə mülahizə yürüdə bilmək üçün “Kopenhagen”in son matçında hansı oyunçuların çıxış etdiyinə baxmaq vacibdi.
“Aslanlar”ın son oyunu sentyabrın 27-də Danimarka çempionatının 10-cu turu çərçivəsində səfərdə “Senneryyusk”a qarşı keçirdiyini və 2:1 hesablı qələbə qazandığını xəbər vermişdik.
“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup həmin oyuna komandanı 4-4-2 sistemiylə çıxarıb. Qapıda Dominik Kotarski dayanıb. Müdafiə xəttində Markos Lopes, Qabriel Pereyra, Pantelis Hatsidiakos, Rodriqo Ueskas, yarımmüdafiədə isə Robert Silva, Lukas Lerager, Tomas Dileyni və Cordan Larsson tər töküb. Komandanın qol silahları Viktor Klaessonla Məhəmməd Elyunussi olub. Meydana sonradan çıxanlar Yunnosuke Suzuki, Yoram Zauqe, Yussufa Mukokodu.
Maraq üçün qeyd edək ki, adı çəkilən futbolçuların hamısı hazırda Bakıdadı.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 01 Oktyabr 2025 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















