Icma.az
close
up
RU
Koreya prezidenti villasında barrikada qurdu: Onun həbsinə ikinci cəhd ediləcək

Koreya prezidenti villasında barrikada qurdu: Onun həbsinə ikinci cəhd ediləcək

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreya hakimiyyəti impiçment elan edilmiş prezident Yun Sok Yolun həbsinə ikinci cəhdi etməyə hazırlaşır. Ölkə başçısı dindirməyə çağırışı görməzlikdən gəlib və villasında barrikada qurub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır

Xəbər verilir ki, Prezidentin Təhlükəsizlik Xidməti kompleksin ərazisini tikanlı məftillərlə və barrikadalarla gücləndirib, villaya girişin qarşısını almaq üçün avtobuslardan istifadə edib. Bildirilir ki, Yun Sok Yol dindirməyə çağırışı rədd etdikdən sonra hazırda təpə yamacında yerləşən villada gizlənib. 

Ali vəzifəli şəxslərin korrupsiya işləri üzrə İstintaq İdarəsinin (CIO) rəhbəri O Dong Von prezidentə qarşı aparılan istintaq çərçivəsində keçən cümə günü prezident kompleksindəki altı saatlıq gərgin qarşıdurmadan sonra həbslə bağlı uğursuz cəhdə görə üzr istəyib. 

O Dong Von prezident kompleksinə girişin canlı zəncirlə bağlanmasından sonra həbs cəhdindən imtina edib. 

"Bu dəfə hərtərəfli hazırlıqla məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik, elə planlaşdırırıq ki, ikinci həbs cəhdi sonuncu olsun", – deyə O Dong Von parlament komitəsinə bildirib. 

Yerel KİV-lərdə yayımlanan həbs senarilərinə əsasən, barrikadaları yarması üçün xüsusi taktiki polis bölmələrinin və ağır texnikanın səfərbər olunması nəzərdə tutulub. Daha sonra 2000-dən çox polis əməkdaşı prezidentin mühafizə xidmətini kənarlaşdıracaq, bu isə zəruri hallarda üç günə qədər vaxt tələb edə bilər. 

3 yanvar, cümə günü Cənubi Koreya hakimiyyəti prezident Yun Sok Yolun təhlükəsizlik xidməti əməkdaşlarının qarşısını alması səbəbilə onun həbsinə nail ola bilməyib. 

3 dekabrda Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə fövqəladə hərbi vəziyyət elan edib. Həmin gün millətə televiziya müraciəti edən Yun bu qərarın ölkəni "kommunist qüvvələrdən" müdafiə etmək üçün vacib olduğunu bildirib. O, nüvə silahına malik Şimali Koreyadan birbaşa təhlükəni göstərməyib və daxili siyasi opponentlərinə diqqət yetirib. 

Cənubi Koreya Milli Assambleyası 4 dekabrda Yun Sok Yolun hərbi vəziyyəti ləğv etməsi üçün tələb irəli sürmək məqsədilə səs verib. Daha sonra Prezident Yun Sok Yol hərbi vəziyyətin ləğv olunacağını açıqlayıb. 

Cənubi Koreyanın müxalif Demokratik Partiyası prezidenti dövlətə xəyanətdə ittiham etməyi və impiçment prosesinə başlamağı planlaşdırırdı. 

7 dekabr tarixli çıxışında Cənubi Koreya Prezidenti bildirib ki, hərbi vəziyyət elan etməklə ictimaiyyətin narahatlığına səbəb olduğu üçün "səmimi şəkildə təəssüflənir” və bir daha belə bir addım atmayacağına söz verib. 

Cənubi Koreya mətbu orqanı Yonhap xəbər verir ki, məhkəmə impiçment elan edilmiş prezident Yun Sok Yolun həbsinə dair order verib.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri