Koreyalı qadın qonşularına əsəbiləşib 18 mərtəbəli binanı yandırdı
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Cənubi Koreyada çoxmərtəbəli yaşayış binasında ard-arda bir neçə yanğın törətməkdə şübhəli bilinən qadın polis tərəfindən həbs edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Korea Herald” portalı məlumat yayıb.
Məlumata görə, hadisə mayın 29-da İmsonq rayonunda yerləşən 18 mərtəbəli yaşayış binasında baş verib. Belə ki, şübhəli qadın binanın daxilindəki beş fərqli nöqtədə kağız və karton qutuları yandıraraq qəsdən yanğın törədib. Binanın sakinləri alovu vaxtında fərq edərək öz qüvvələri ilə söndürməyə nail olublar. Hadisə nəticəsində tüstüdən zəhərlənən 3 nəfər dərhal xəstəxanaya yerləşdirilib.
Asayiş keşikçiləri binadakı təhlükəsizlik kameralarının görüntülərini araşdırdıqdan sonra qadını yaxalaya biliblər. Saxlanılan şəxs ilkin dindirmə zamanı günahını danmağa çalışsa da, sonradan qutuları alışqanla yandırdığını etiraf edib. Müstəntiqlərin sözlərinə görə, qadın uzun müddətdir binadakı qonşuların zibilləri ümumi istifadə sahələrinə atmasından narazı olub və həmçinin iş yerində ciddi stress keçirdiyi üçün bu yola əl atıb.
Xatırladaq ki, son günlər Cənubi Koreyada qadınların törətdiyi qeyri-adi cinayət hadisələri medianın diqqətindədir. Bundan əvvəl ölkədə keçmiş sevgilisini gizlicə təqib edən bir qadın məhkəmə tərəfindən 10 milyon von (təxminən 6,6 min dollar) məbləğində cərimə olunmuşdu./Qafqazinfo
Baxış sayı:181
Bu xəbər 01 İyun 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















