Koreyalılar Azərbaycan dastanları barədə məlumatlandırılıblar
Azertag saytına istinadən Icma.az xəbər verir.
Pekin, 21 sentyabr, AZƏRTAC
Cənubi Koreyanın paytaxtı Seulun təhsil idarəsinin nəzdində fəaliyyət göstərən Qanqso kitabxanasında "Dastanlarımız vasitəsilə Azərbaycan mədəniyyətinin dərki" mövzusunda mühazirə keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabxananın "Ədəbiyyat vasitəsilə dünya mədəniyyətlərinin dərki" layihəsi çərçivəsində həmvətənimiz Leyla Məsimli Koreya dilinə tərcümə etdiyi "Kitabi-Dədə Qorqud" dastanı, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan bu minillik abidə əsasında köçəri həyat tərzindən, qonaqpərvərlikdən, ailə dəyərlərindən, toy adətlərindən, dünyaca məşhur Qarabağ atlarından söz açıb, bu ənənələrin bu gün də xalqımızın həyatında yaşadığını vurğulayıb.
Viktorina sualları da maraqla qarşılanıb.
Qonaqlara Azərbaycan çayı, paxlava, şəkərbura və qoğal təqdim olunub, süfrə ətrafında səmimi söhbət qurulub.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun maddi dəstəyi ilə təşkil edilib. Qonaqlara fondun loqosu əks olunmuş hədiyyələr və Azərbaycan çayları təqdim edilib.
Qeyd edək ki, "Ədəbiyyat vasitəsilə dünya mədəniyyətlərinin dərki" layihəsinin rəhbəri Əzizə Hüseynzadədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Baxış sayı:89
Bu xəbər 21 Sentyabr 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















