Koreyaya istənilən yardımı göndərməyə hazırıq Bayden
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
ABŞ administrasiyası Muan hava limanında “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Koreya Respublikasına lazım olan bütün yardımı göstərəcək.
Axar.az xəbər verir ki, bu barədə Amerika Prezidenti Co Bayden deyib.
"Yaxın müttəfiqlər kimi Amerika xalqı Cənubi Koreya xalqı ilə dərin dostluq bağlarını bölüşür və bizim düşüncələrimiz və dualarımız bu faciədən zərər çəkənlərlədir. ABŞ istənilən zəruri yardımı göstərməyə hazırdır", - dövlət başçısı bildirib.
Xatırladaq ki, Cənubi Koreyada sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağında maneəyə çırpılıb. Nəticədə təyyarədə olan 181 nəfərdən 179-u həlak olub. Ölənlərin hamısının cəsədi tapılıb. Baş verən hadisə ilə əlaqədar ölkə ərazisində bir həftəlik matəm elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 30 Dekabr 2024 00:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















