Körfəzdən neft ixracı müharibədən əvvəlki səviyyələrin üçdə ikisi həcmində bərpa olunub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 28 avqust, AZƏRTAC
Körfəzdən xam neft və neft məhsulları ixracı Yaxın Şərqdəki müharibədən əvvəlki səviyyələrin təxminən üçdə ikisi həcmində bərpa olunub. Bu da münaqişənin qlobal xam neft qiymətlərinə təsirini məhdudlaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” məlumat yayıb.
Bankın analitikləri bildiriblər ki, regiondan ümumi xam neft və neft məhsulları ixracı gündəlik 15-16 milyon barelə yüksəlib və bu, Hörmüz boğazından tranzitin qismən artması ilə bağlıdır.
Analitiklərə görə, bu həcm hələ də münaqişədən əvvəlki səviyyələrdən gündəlik 7-8 milyon barel aşağıdır. Lakin mart ayında müşahidə olunan sutkalıq 5-6 milyon barellik minimum göstəricidən isə xeyli yüksəkdir.
Hörmüz boğazından neft tranziti ABŞ rəsmilərinin gündəlik 8-10 milyon barellik proqnozuna yaxınlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 28 Avqust 2026 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















