Icma.az
close
up
RU
Koroğlu Rəhimov küçəsində hərəkət sxemi dəyişdirilir

Koroğlu Rəhimov küçəsində hərəkət sxemi dəyişdirilir

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Nəqliyyat axınının nizamlanması və yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə Koroğlu Rəhimov küçəsində hərəkətin təşkilində dəyişikliklər edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, küçənin Fətəli xan Xoyski küçəsi ilə Həsən Əliyev küçəsi arasındakı hissəsində birtərəfli hərəkət tətbiq olunacaq.
Koroğlu Rəhimov küçəsinə paralel yerləşən və əsasən istifadəsiz qalan küçədə də birtərəfli hərəkətin təşkili nəzərdə tutulub. Bununla da yolun funksionallığı artırılacaq. Küçənin buraxıcılıq qabiliyyətini artırmaq məqsədilə yolun bir tərəfində parklanma ləğv ediləcək. Burada avtomobillər üçün geriyə dönmə yerləri təşkil olunacaq.

Dəyişiklik nəticəsində sürücülərin diqqət etməli olduğu vacib məqamlar var. Belə ki, Koroğlu Rəhimov küçəsindən metronun “Gənclik” stansiyası istiqamətində getmək istəyən nəqliyyat vasitələri irəlidə - Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsindəki geriyə dönmə yerindən istifadə edərək fasiləsiz şəkildə Fətəli xan Xoyski küçəsinə daxil ola biləcəklər. Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından - əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.

Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.

Eyni zamanda, Həsən Əliyev küçəsindən gələrək Koroğlu Rəhimov küçəsinə daxil olmaq istəyənlər parkın yanından - əsas küçəyə paralel yerləşən hissədən keçərək sola hərəkətlərini davam etdirəcəklər.

Koroğlu Rəhimov küçəsində birtərəfli hərəkət təşkil edildiyindən ərazidən keçən 13 nömrəli marşrut avtobusu Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində hərəkət edərkən Koroğlu Rəhimov küçəsinə paralel, parkın yanındakı küçədən istifadə edəcək. Sərnişinlərin rahatlığı üçün ərazidə yeni dayanacaq məntəqələri təşkil ediləcək. Burada mövcud olan adacıqlar isə avtobusların və digər nəqliyyat vasitələrinin rahat manevr etməsi üçün istifadə olunacaq.

Əlövsət Əbdülrəhimov küçəsindəki parkın sonunda, Koroğlu Rəhimov küçəsinə olan ikinci döngə nəqliyyat vasitələrinin qarşıda, Həsən Əliyev küçəsi ilə kəsişmədə yalnız sola - metronun “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət etmələrini təmin edəcək. Sürücülərin dəyişikliklərə rahat uyğunlaşması və gedəcəkləri istiqamətləri öncədən müəyyən etmələri üçün ərazidə müvafiq yol nişanları və məlumat lövhələri quraşdırılacaq.

Piyadaların təhlükəsizliyi üçün Koroğlu Rəhimov və Fətəli xan Xoyski küçələrinin kəsişməsində işıqforla tənzimlənən piyada keçidləri təşkil olunacaq.

Daha bir dəyişikliyə əsasən, Koroğlu Rəhimov küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsi ilə kəsişməsinədək olan hissəsində əlavə hərəkət zolağı təşkil olunmaqla bu istiqamətdə üç hərəkət zolağı təmin ediləcək. Əks istiqamətdə isə zolaqların sayı dəyişməz olaraq qalacaq.

Qeyd edək ki, layihə Bakının “rəqəmsal əkizi” üzərində simulyasiya edilərək hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:355
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri