Icma.az
close
up
RU
Koronavirus bu ölkələri cənginə aldı Azərbaycanla bağlı HƏYƏCAN

Koronavirus bu ölkələri cənginə aldı Azərbaycanla bağlı HƏYƏCAN

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib, hakimiyyət orqanları vətəndaşları maska taxmağa çağırıb. “Nikkei Asia” portalının məlumatına görə, mayın 18-dən 24-dək Tailandda COVİD-19 infeksiyasına 53,5 min yoluxma halı qeydə alınıb.

Yanvardan mayın ortalarınadək yoluxan insanların sayı isə 187 min nəfərə çatıb. Yoluxma halları ən çox paytaxt Banqkokda müşahidə olunub. Mayın ortalarından başlayaraq paytaxtdakı məktəblərdə dezinfeksiya işləri aparılır, bəzi təhsil müəssisələri onlayn təhsil sisteminə keçib.

Avstraliyada da hökumət virusla bağlı narahatlığını bildirib. Avstraliya vətəndaşlarına COVİD-ə qarşı gücləndirici (booster) peyvənd vurdurmaq tövsiyə olunur. Bunun səbəbi isə xaricdə artıq yayılan və ölkədə “qış dalğası”nı yaradacağı gözlənilən yeni yoluxucu variantın ortaya çıxmasıdır. Ölkə statistikasına əsasən, son altı ayda Avstraliyada 18 yaşdan yuxarı insanların yalnız 6 faizdən bir qədər çoxu gücləndirici doza alıb və ümumilikdə 1,3 milyon COVİD peyvəndi vurulub. Deakin Universitetinin professoru və Epidemiologiya kafedrasının müdiri Ketrin Bennet “news.com.au” portalına bildirib: “Bu göstəricilərin aşağı olması narahatlıq doğurur, çünki hələ də xəstəxanaya yerləşdirilən insanlar var. Hazırda COVİD səbəbindən ölüm hallarının sayı azalsa da, 2024-cü ildə bu göstərici hələ də qripdən beş dəfə çoxdur. Deməli, COVİD hələ də narahatlıq doğuran məsələdir. Avstraliya Statistika Bürosunun məlumatına görə, ötən il ölkədə COVİD-19-la əlaqəli 4 981 ölüm, qriplə bağlı isə 1 006 ölüm qeydə alınıb. Qış fəslinə doğru irəlilədikcə, NB.1.8.1 adlı yeni variant - "Omicron" JN.1-in törəməsi - ölkədə əsas dominant variant olacağı proqnozlaşdırılır. Hazırda bu variant dünyada geniş yayılıb və yayılma baxımından üstünlüyə malikdir, çünki ona qarşı immunitetimiz o qədər də güclü deyil".

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə bildirib ki, yoluxma artımı əsasən Şərqi Aralıq dənizi, Cənub-Şərqi Asiya və Qərbi Sakit okean regionlarında müşahidə olunur. ABŞ-da hava limanlarında aparılan yoxlamalar zamanı həmin regionlardan Kaliforniya, Vaşinqton ştatı, Virciniya və Nyu-Yorka gələn sərnişinlər arasında yeni variant aşkarlanıb. Yeni variant NB.1.8.1 adlanır. Bu variantın ortaya çıxması ABŞ-ın COVİD-19 peyvəndləri ilə bağlı rəsmi mövqeyinin dəyişdiyi bir vaxta təsadüf edir. Belə ki, ABŞ-ın səhiyyə naziri Robert F.Kennedi Jr. çərşənbə axşamı açıqlayıb ki, sağlam uşaqlar və hamilə qadınlar üçün COVİD-19 peyvəndi artıq tövsiyə olunmur. Bu qərar dərhal bir neçə ictimai səhiyyə mütəxəssisi tərəfindən sual altına alınıb. Dünyada yayılmaqda olan bu yeni variant may ayının ortalarınadək analiz edilən nümunələrin təxminən 11%-ni təşkil edib. ÜST bu variantı “nəzarət altında olan variant” kimi qeyd edib və hazırkı peyvəndlərin effektivliyinin davam etdiyini bildirərək onun qlobal səviyyədə ictimai sağlamlığa risk yaratmadığını vurğulayıb.

Qeyd etmək yerinə düşər ki, son aylarda Azərbaycanda müxtəlif virus infeksiyalarının yayılması müşahidə olunur. Bu infeksiyalar əsasən yuxarı tənəffüs yollarını və mədə-bağırsaq sistemini zədələyir. Əlamətlər arasında yüksək hərarət, halsızlıq, boğaz ağrısı, öskürək, burun axması və bəzi hallarda ürəkbulanma və qusma qeyd olunur.

Azərbaycanda yayılan hansı virusdur? Pandemiya tam kontrol altındadır, yoxsa qayıdış riski qalır?

İnfeksionist Nilufər Məmmədova mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İnfeksion xəstəliklərin ilkin dövründə simptomlar bir-birinə çox bənzəyir. Bütün virus xəstəlikləri, xüsusilə də uşaqlarda olan virus xəstəliklərinin əlamətləri bir-birinə çox oxşayır. Amma test etmədən, hansı növ törədici olduğunu bilmədən buna COVİD, ya da başqa bir virus olduğunu deyə bilmirik. Amma ümumilikdə götürəndə daimi olan, üstümüzdə dəyişən infeksion xəstəlikləri hər zaman COVİD-dən öncə də olub. Onların da əksəriyyətinə nəzarət edirik, xüsusi bir müalicəsi yoxdur. Həkim nəzarətində qalmalıdır. Özbaşına antibiotik içmək olmaz. Hərarətin 3-5 gün olması normaldır. 5 gündən artıq temperatur davam edirsə, yaxud da 5 gündə hərarətsalıcı dərmanlar kömək etmirsə, təkrar həkimə müraciət etməli, qan analizi verməli, lazım gələrsə antibiotik təyin edilməlidir. Yəni bir növ xəstəlik yayılmayıb ki, deyək bu, COVİD-dir, yoxsa influenzadır. Hər birinə xas olan əlamətlərin olduğu düzdür. Amma hazırda üstünlük təşkil edən xəstəlik yoxdur. Bir neçə xəstəlik yayıldığı üçün konkret bir söz demək olmur. Hər bir xəstəliyə uyğun müayinə və müalicə planı veririk”.

O ki qaldı dünyada yenidən koronavirusun tüğyan etməsinə, infeksionist qeyd edib ki, koronavirus dəyişməyə meylli virusdur: “Haradasa mutasiyaya uğradıqca dünyanın hər yerində yoluxma sayının artması normaldır. Azərbaycandakı vəziyyətlə bağlı məlumatı rəsmi qurumlar statistika versələr daha doğru olar ki, insanlarda narahatlıq yaranmasın. İndi elə bir məlumat yoxdur ki, COVİD-lə bağlı Azərbaycanda vəziyyət necədir. Təbii ki, pandemiyadan öncə də bu virus insanlarda var idi və mutasiyaya uğradığı zaman insanlar arasında yoluxma halları artırdı. Bu baxımdan dünya ölkələri arasında virusun artması halları da tam normaldır”.

Yeri gəlmişkən, Azərbaycan Nazirlər Kabineti ölkədə tətbiq olunan xüsusi karantin rejiminin müddətini uzadıb. Baş nazir Əli Əsədovun 2025-ci il martın 18-də imzaladığı müvafiq qərara əsasən, karantin rejimi 1 iyul 2025-ci il tarixinədək qüvvədə olacaq. Qərarın məqsədi koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq və mümkün risklərin qarşısını vaxtında almaqdır. Hazırkı mərhələdə əhaliyə gigiyena və sanitariya qaydalarına riayət etmələri, lazım gəldikdə tibbi maskalardan istifadə etmələri və kütləvi toplaşmalarda ehtiyatlı olmaları tövsiyə olunur.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:264
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 İyun 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri