Icma.az
close
up
RU
Koronavirus geri qayıdır? AÇIQLAMA

Koronavirus geri qayıdır? AÇIQLAMA

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Koronavirusun meydana çıxmasından sonra yaranan onlarla variantdan biri də “Nimbus” ştammıdır. Bu, bəzi ölkələrdə sürətlə yayılmağa başlayıb, xüsusilə ABŞ və bir sıra Avropa ölkələrində üstünlük qazanıb. Bəs bu versiya nə qədər təhlükəlidir?

İnfeksionist-həkim Mərdan Əliyev Metbuat.az-a açıqlamasında bildirib ki, “Nimbus” variantı da digərləri kimi koronavirusun ümumi simptomları ilə müşahidə olunur:

“Yəni bu, yeni bir virus deyil. Sadəcə olaraq, simptomlar sırasında boğaz ağrısı daha kəskin və ön plandadır. Bununla belə, letallığı (ölüm riski), patogenliyi (xəstəlik törətmə qabiliyyəti) və xəstəliyin ağırlıq dərəcəsi digər variantlardan fərqlənmir. Bu səbəbdən təhlükəli hesab olunmur”.

Həkim qeyd edib ki, yeni ştammlar ortaya çıxdıqda, peyvəndlərin də yenilənməsi vacib olur:

“Bu halda da yaxın zamanlarda vaksinlərin yenilənməsi gözlənilir. Lakin hər kəsin peyvənd olunmasına ehtiyac yoxdur. Peyvənd əsasən, risk qrupuna aid şəxslər, yəni xroniki xəstəlikləri olanlar, immun sistemi zəif olanlar, immuniteti zəiflədən dərmanlarla müalicə alanlar, orqan transplantasiyası keçirmiş şəxslər və 65 yaşdan yuxarı olanlar üçün vacibdir. Çünki bu insanlar üçün koronavirus hələ də ciddi təhlükə yarada bilər”.

“Digər sağlam və immun sistemi normal olan şəxslər üçün bu variant əlavə risk daşımır və onların peyvənd olunmasına ehtiyac yoxdur”, - deyə M.Əliyev qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 İyun 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri