Icma.az
close
up
RU
Koronavirus peyvəndi ilə bağlı yeni narahatlıq: Milyonlarla insan... Açıqlama

Koronavirus peyvəndi ilə bağlı yeni narahatlıq: Milyonlarla insan... Açıqlama

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

⁠“JAMA Sağlamlıq Forumu”nda dərc olunan yeni araşdırma COVID-19 pandemiyası dövründə tətbiq edilən hər 5400 vaksin dozasının bir insanın həyatını xilas etdiyini ortaya qoyub. Bu nəticə elmi cəhətdən əhəmiyyətli sayılsa da, cəmiyyətdə birmənalı qarşılanmayıb. Artıq dünyada milyonlarla insan bu nisbəti az hesab edir və peyvəndlərin əbəs yerə vurulduğunu düşünür.

Bu araşdırmanın nəticələri COVID-19 peyvəndlərinin ümumi effektivliyi barədə nə deyir? Həqiqətən biz əbəs yerə peyvənd olunmuşuq? Bu vaksinlər bizə necə yardım etmiş olub?

Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, peyvəndin əbəs yerə vurulduğunu demək doğru olmaz:

“Daşıyıcı virusların konkret peyvəndi olmur, çünki onlar daim mutasiya edərək formasını və xassələrini dəyişdirir. Lakin bu proses bütövlükdə immun sistemini həssas saxlayır. Məsələn, koronavirusun SARS-CoV-2 virusunun xüsusiyyətləri onun spik zülalı ilə bağlı idi və vaksin məhz bu xüsusiyyəti hədəf alaraq hazırlanmışdı. Molekulyar biologiyanın ən müasir nailiyyətləri ilə yaradılan vaksinin əsas məqsədi infeksiya zəncirini qırmaq idi. Həqiqətən də, bu oldu və qlobal pandemiya sona çatdı. Doğrudur, hələ də epidemiyalar davam edir, amma vaksinasiyanın rolu böyükdür. Bu baxımdan, peyvəndin əbəs yerə olduğuna inanmıram. Əksinə, bu, elmi cəhətdən əsaslı və müsbət nəticələrə gətirib çıxaran bir təşəbbüs idi”.

Adil Qeybulla

Mütəxəssis qeyd edib ki, DNT (dezoksiribonuklein turşusu) tərkibli viruslarda hazırlanan vaksinlər daha spesifik, etibarlı və mötəbərdir:

“Məsələn, təbii çiçək virusu kimi, dünyada milyonlarla insanın həyatını itirməsinə səbəb olan bir epidemiyanın, məhz vaksinasiya nəticəsində 1980-ci ildə sona çatdığını və Dünya Səhiyyə Təşkilatının bu barədə rəsmi hesabat təqdim etdiyini qeyd etmək olar. Bu gün həmin xəstəlik artıq mövcud deyil. Təbii ki, COVİD-19 əleyhinə olan vaksindən birbaşa və dərhal tam effekt gözləmək də mümkünsüz olub, çünki vəziyyət əvvəldən aydın idi”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 İyul 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see236

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see213

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see189

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see171

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri