Korovinin kürəkəni Günel Şahmalıqızını işdən çıxarıb?
Axsham.az saytına istinadən Icma.az xəbər verir.
“Space” Televiziyasının Xəbərlər Departamentinin müdir müavini, aparıcı Günel Şahmalıqızı işdən çıxarılıb.
Axşam.az xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
Bildirilib ki, o, kanalın vəzifədən azad edilən baş direktoru Vado Korovinin kürəkəni, icraçı direktor Nəriman Əbdüləliyevin göstərişilə işdən çıxarılıb. Rəhbərlik aparıcının heç bir xəbərdarlıq edilmədən işdən azad edilməsini maliyyə böhranı ilə əlaqələndirib.
“Günel Şahmalıqızı işdən çıxarılması ilə bağlı icraçı direktorla görüşüb, şəhid qızı olduğunu, himayəsində əlil anasının olduğunu deyərək möhlət istəyib. Qarşı tərəf isə kobud şəkildə “nə olsun ki, şəhid qızısan?”, “kimə və hara istəyirsən, müraciət et” ifadəsini işlədib.
Günel Şahmalıqızı sayta açıqlamasında yuxarıda qeyd olunanları təsdiqləsə də, əlavə şərh verməyib.
Qeyd edək ki, aparılan yoxlamalar nəticəsində iki gün əvvəl “Space” Televiziyasının baş direktoru Vado Korovin tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi kürəkəni Nəriman Əbdüləliyevə həvalə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:422
Bu xəbər 16 Aprel 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















