Icma.az
close
up
RU
Körpə qalan böyüklər: tumarlanma vaxtınız bitib

Körpə qalan böyüklər: tumarlanma vaxtınız bitib

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Körpələrin necə böyüdüyünü gördükdə həyatın fəlsəfəsinə vara bilirsən. Dilsiz-ağızsızdırlar, nəsə istədiklərini ancaq ağlamaqla bildirirlər: acanda, ağrıyanda yalnız şirin səsləri ilə mesaj verirlər. Nəzarətsiz buraxsan, canlarından ola bilərlər, heç var olduqlarını da qanmırlar. 

Zaman keçir, dirsəklənməyə başlayırlar, harasa dəyib ağrını kəşf edirlər, ardınca ayaqlanırlar, yenə də başlarını ora-bura vura-vura “cızza”nı da öyrənirlər. Ən yaramaz işlər görməyə çalışırlar, sonunu bilmədən, həyatlarını elə risklərə atırlar ki, az qala canlarından olsunlar, amma nə risk qanırlar, nə həyat, nə ölüm... Allah balaları qorusun.

İlllər keçsə də, bir çoxları körpəlikdən çıxa bilmir... Dil açır, yeyin gəzir, lakin yenə də körpətək “inqə” deyib nəsə istəyirlər. Uşaq kimi yanaşırlar hər şeyə. Nəyinsə fərqinə vara bilmirlər. Gözləyirlər ki, kimsə nazları ilə oynasın. Yaramazlıq edirlər, başını sığallayıb onu “ay bala, sən axı ağıllı uşaqsan, belə eləmə” deyə oxşayan axtarırlar. Amma unudurlar ki, əvvəl etdikləri şüursuz idi, məsum idilər, başına dolanırdılar, nəinki bağışlanırdılar, heç günah etmək kimi seçimləri yox idi. Sadəcə edirdilər.

Böyüyürük, amma nədənsə əqlimiz bəzilərində körpətək qalır. Görəsən, harada səhvlər edirlər ki, insan ya böyüdükcə kiçilir, ya da heç böyümür? Axı körpələrin adı üstündədir, kiçikdirlər, həm mənəvi, həm fiziki olaraq hansısa iddiada bulunmaq tutumunda da deyillər. Sümüyü bərkidikdən, beyni işlədikdən sonra isə elə iddialardan, elə istəklərdən çıxış edirlər ki, dönüb deyirsən ki, “uşaqsan, a kişi? Sən hələ böyüməmisən?” 

İndi elə böyüklər var ki, düşünürlər ki, kiminsə haqqına girsələr, hər oyundan çıxsalar, körpəlikdə olduğu kimi “a bucu-bucu” edib onları bağışlayacaq, qucaqlayıb burnundan öpəcəklər. Gülməli səslənsə də, doğrudan da, yekə-yekə adamların hərəkərləri, davranışları bunu deməyə əsas verir.

Ayə, dirsəklənib kiməsə söykənənlər, “inqə” çığırtısı ilə ayaqüstə qalmağı özlərinə fəxarət bilən kiçiklər özlərini böyük sayırlar. Kaş bilələr ki, həyat onların nazı ilə oynamayacaq, nəinki həyat ətrafı da, ondan kiçik olan böyümüşlər də. Qucağına sığındığı kəslər də həmin balaca, miskin qalmışları bir gün yerə atacaq. Qucaq açanları da bir yerə qədər aldada bilərsən. Bir dəfə keçəcəklər, iki dəfə körpə kimi başını tumarlayacaqlar, davamlı olduqda isə artıq böyüdüyünü görüb fırıldağını, nankorluğunu, yaxud da dələduzluğunu anlayacaqlar. 

“Başı daşdan-daşa dəysin, ağlı yerinə gələcək” məsəli çox yerində deyilib, bunu valideyn olduqdan sonra dərk edə bilirsən. Övladımıza nə qədər şirniyyat yemə desək də, ağrını, acını hiss etdikdə, həkim gördükdə özü dedi ki, “qoymayın, şirniyyat yeyim”. Hətta hələ körpə olduğunu bir daha sübut etdi “qoymayın” deməklə. Bəli, bəzi insanlar var ki, məhz o qədər kiçik qalıblar ki, “qoymayın!”, “məni boş buraxmayın!”, “mən düzələn deyiləm!” deyirlər...
Həyatdır, ya düzəldəcək, ya da düzələnə qədər başına döyəcək...

Samir Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://olke.az
archiveBu xəbər 02 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri