Icma.az
close
up
RU
Körpələrdən biri can verir, digəri ölmüş anasının döşünü axtarırdı... Rusların törətdiyi dəhşətlər

Körpələrdən biri can verir, digəri ölmüş anasının döşünü axtarırdı... Rusların törətdiyi dəhşətlər

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.



Aida Eyvazlı Göytürk,

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri


“...Mən heç zaman Novorossiysk buxtasında dəniz sahilində bir yerə yığılıb soyuqdan donan və ölən 17 min nəfərə yaxın dağlıları unutmayacağam. Qışın bu çovğunlu və qarlı çağında onları ac-yalavac, dənizin sahilinə sıxışdırmışdılar. Yaşamaq üçün heç bir ehtiyatları yox idi. Buralarda açıq havada aclıq və səfalət üzündən yayılan tif, ospa xəstəliyi də onların sayını ildırım sürəti ilə azaldırdı. İnsanlar əlacsız idilər... Nəm torpağın üstündə iki körpə uşağı da yanında əynindəki nazik nimdaş köynəkdə uzanılı qalmış bir gənc çərkəz qadınının cansız bədənini görəndə dəhşətə gəldim. Körpələrdən biri son nəfəsini verirdi, həyatla ölüm arasında mübarizə aparır, çabalayırdıdı. Digər körpə isə anasının döşünü axtarırdı ki, əmsin...”.

Bu sətirlər XIX əsrin hərb tarixçisi Berje Adın “Dağlıların Qafqazdan köçürülməsi” (Берже Ад. П . Выселение горцев с Кавказа. // Русская старина. 1882. т. 33. книга 2. стр. 362-363) kitabındandır. Bu xatirə Çərkəz xalqının iztirablarının kiçik bir epizodudur. Şimali Qafqazın avtoxton sakinləri - qədim adı “adıq” olan çərkəzlər böyük məşəqqətlər çəkib.

Hələ I Pyotr dövründən çərkəzlərin məşəqqətli günləri başlayır. 1857-ci ildə Çar II Aleksandrın “Qafqazda rus kazak əhalisinin yerləşdirilməsi və yerli tayfaların bir hissəsinin köçürülməsi vasitələri haqqında” fərmanı çərkəzlərin etnik təmizlənməsini gücləndirir. İvan Drozdov adlı rus zabiti 1863-64-cü illərdə baş verən hadisələri, çərkəzlərin başına gətirilən müsibəti belə qeyd edirdi:

“Fevralın sonunda ordu dağlıların köçürülməsinə nəzarət etmək üçün Marte çayının sahilinə çatdı, etiraz edənlərə güc tətbiq edirdilər... Yollarda iyrənc bir mənzərə var idi... hər yerdə qadınların, uşaqların, qocaların itlər, vəhşi heyvanlar tərəfindən parçalanmış meyiti səpələnmişdi... Quduzlaşmış ac heyvanlar acından taqəti qalmayan insanların üstünə cumur, onları diri-diri parçalayırdılar... Yəqin ki, insanlıq yaranan gündən bu qədər insanın ölüb yollarda qaldığı olmamışdı... Dağların sakinləri qırılmış, ölmüşdülər. İndi Kuban vilayətində həmin o insanların əvəzinə dağlarda ancaq ayı, it, canavar görünürdü... Qara dənizin şimal-şərq sahili meyitlərlə dolu idi... (И. Дроздов. Последняя борьба с горцами на Западном Кавказе // Кавказский сборник. 1877. Т. 2. С. 548).

Çar Rusiyasının qanlı fərmanı ilə öz yurdlarından didərgin salınmış, öz doğma yurdlarına bağlı, dağlarına yaxından bələd olan çərkəzlər təslim olmurdular. Onlar dağlara, kahalara çəkilib rus ordusuna hücum edirdi. Bu isə çar komandanlığını çox hiddətləndirirdi. Dağlıların qanına susamış çar hakimiyyətinə mənsub mundirli çinovniklər və kazaklardan ibarət olan dəstələr Qara dəniz sahilini boşaltmaq üçün burada yaşayan avtoxton xalqı məhv etmək planını qəddarlıqla həyata keçirirdi.

1929-cu ildə qafqazşünas akademik Simon Canaşi 1863-cü ildən başlayan çərkəz soyqırımının şahidi olmuş 91 yaşlı şahid Napasau Yabarakhu Qansakxunun şahid ifadəsini belə qələmə almışdı:

“Məcburi köçürülmə zamanı dənizdə ölənlərin bədənlərini su sahilə atırdı. Sahildə insan sümükləri və insan kəllələrindən zolaq yaranmışdı. Düşmənimə də belə mənzərəni görməyi arzulamıram (Сим. Джанашиа, Труды, Т.IV.Тб, 1968, стр.124).

Çərkəzlərin deportasiyası 1853-cü ildə başladı və 1910-cu ilə qədər davam etdirildi.

Çərkəzlərin deportasiyası zamanı yollarda ölənlərin sayı haqqında Çar Rusiyasının Trapezundakı konsulu A.N.Moşin yazırdı:

“Deportasiyanın ilk günlərində Trapezuna və ətraf əyalətlərə 247 min nəfər adam gətirildi. Onlardan 19 000 nəfəri ölüb, 63290 adam sağdır, gətirilənlər arasında hər gün 180-250 adam ölür. İnsanların arasında tif xəstəliyi yayılıb... 1863-cü ilin noyabr-dekabr ayları ərzində Tarpezuna 100 nəfər köçəri gəlib, Konstantinopola və Varnaya 4650 adam göndərmişik. Onların arasında da hər gün 40-60 adam ölür. Trapezunda hələ 2050 nəfər adam gözləyir” (Берже А. Я. Выселение горцев с Кавказа. — Русская старина. 1882, Т. XXXIII, с. 176. Цит. по: Ф. Бадерхан. «Северокавказская диаспора в Турции, Сирии и Иордании (вторая половина XIX — первая половина XX века)».. М.: Институт востоковедения РАН, 2001. стр. 40.).

"1867-ci ildə Osmanlı İmperiyası ərazisində sürgün edilən çərkəzlərin sayı (öldürülənlər istisna olmaqla) 595 min nəfər idi". (А.В. Кушхабиев. Рецензия на статью Д. Сыромятникова «Война как средство конструирования нации».).

Mühacirətin çətinliyini öz gözləri ilə görən türk ordusunun çərkəz zabiti Nuri sonralar həmin dəhşətli hadisələri belə xatırlayırdı:

“...Yelkənli qayıqlarda dalğalar və küləklər bizi it kimi o baş-bu başa atırdı. Kimisi suya düşüb boğulur, kimisi aclıqdan ölürdü. Hamının əyin başı cırıq-cırıq idi. Xəstələnənlər ümidlərini üzmüşdülər, ölümü ən gözəl nemət və qonaq kimi gözləyirdilər. Nə hamilələr, nə qocalar, nə də uşaqlar xilas ola bilmirdilər. Bizim son sığınacaq yerimiz dənizin suları idi...”.

Çərkəzlərin deportasiyası və soyqırımı ilə bağlı həmsöhbətlərim - İsraildə yaşayan qafqazşünas, tarixçi alim və jurnalist, Çərkəz Şurasının müşaviri Avraam Şumleviç, Türkiyədən Çərkəz İcmasının nümayəndəsi Selcuk Ulutaş, çərkəz irsini araşdıran gürcüstanlı professor Merab Çuxua, “Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə nümayəndəsi İbrahim Yaqanov onu da dedilər ki, XIX əsrin ortalarından başlayaraq məcburi soyqırım və köçürülmə siyasəti nəticəsində 1.5 milyon çərkəz öldürülüb. Bu, əsl soyqırımıdır. Çərkəzlərin say artımı daha çox Türkiyədə baş verib. Çünki Osmanlı Türkiyəsi həmin vaxt çərkəzlərə, kabarda balkarlarına sahib çıxıb, sayları 6 milyonu keçib. Bundan əlavə isə çərkəzlər həm də İordaniyada, İsraildə, Misirdə, Amerikada, Avropada məskunlaşıblar. Həmin çərkəzlər isə bu gün də öz doğma və tarixi yurdlarına qayıtmaq üçün mübarizə aparırlar. Və əgər 1863-cü ildən başlayaraq 1 milyon 500 mindən artıq çərkəz rus çarının fərmanı ilə öldürülməsəydi, onların sayı bu gün 20-30 milyonu ötüb keçməliydi.

Dünyadakı mühacir çərkəzlər və adıqların səyləri nəticəsində 1992-ci ildə Gürcüstan Parlamentində, 2025-ci ildə isə Ukrayna Parlamentində Çərkəz Soyqırımı haqqında beynəlxalq sənəd qəbul edilib. İndi isə onlar Litva Respublikasının seymində həmin qanunu qəbul etdirmək üçün çalışırlar.

Çar Rusiyasından qalma “Parçala, hökm et” siyasətinin acı nəticəsidir ki, Rusiyada bu gün də çərkəzlər əsasən Kabarda-Balkar, Adıgey, Qaraçay-Çərkəz respublikalarının ərazinə səpələniblər. Hazırda Rusiyada yaşayan çərkəzlərin ümumi sayı təəssüf ki, 1 milyon nəfər belə deyil. Rusiya hakimiyyəti onların öz dillərində təhsil almasına mane olur. Vətən dil olmayan yerdə qurtarır. Xoşbəxt o xalqlardır ki, öz dillərini qoruyur və ya onun uğrunda mübarizə aparmağı bacarırlar.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see194

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see182

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see152

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see152

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see152

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see146

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see143

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see141

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see139

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see137

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see135

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see135

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see135

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see132

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see129

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see128

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see128

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see124

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri