Icma.az
close
up
RU
Körpəni anadan alıb öpmək şiddətdir Adəm Solak a danışdı

Körpəni anadan alıb öpmək şiddətdir Adəm Solak a danışdı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanla sosial vasitəçilik sahəsində əməkdaşlıq genişlənir…

Şiddətlə Mübarizə Vəqfinin (HEGEM) qurucusu və rəhbəri, Türkiyədə 42 illik fəaliyyəti ilə tanınan Adəm Solak Modern.az-a geniş müsahibə verib. O, 1984-cü ildən bəri şiddət və onun bütün formaları ilə bağlı apardığı araşdırmaları, beynəlxalq proqramlardakı fəaliyyətini, Azərbaycanla əməkdaşlıq perspektivlərini və dünyada şiddətin dəyişən dinamikalarını açıqlayıb.

Adəm Solak bildirir ki, HEGEM modeli 1984-cü ilin yanvarında Trabzon bölgə həbsxanasında apardıqları araşdırmalarla zərurətə çevrilib. O gündən bəri şiddətlə bağlı 50-dən çox elmi əsər nəşr etdirib və təhsilin bütün pillələrində fəaliyyət göstərib:

“42 ildir şiddət və oxşar mövzuları həm milli, həm də beynəlxalq müstəvidə araşdırıram. Karadeniz Texniki Universitetindən sonra Üsküdar Universitetində Türkiyə Şiddətlə Mübarizə Mərkəzini yaratdım. Son 25 ildə isə fəaliyyətimizi əsasən Ankarada QHT yönümlü davam etdiririk”.


Müsahibimiz 2007-ci ildən etibarən Türkiyə Böyük Millət Məclisinin Şiddət Araşdırma Komissiyasında və Ədliyyə Nazirliyinin rəsmi layihələrində də iştirak edib.

“Şiddətlə mübarizə yox, şiddətin qarşısının alınması”

Solak deyir ki, dövlət qurumları çox zaman “şiddətlə mübarizə” deyir, amma bu, artıq şiddətin qəbul edilməsinə işarədir: “Çünki mübarizə o deməkdir ki, şiddət artıq var və sən onun nəticələri ilə məşğulsan. Əslində əsas hədəfimiz şiddət baş verməmiş onu önləməkdir”. Onun sözlərinə görə, şiddət təkcə qadına və uşağa qarşı deyil, iş yerində, məktəbdə, ailədə və bütün sosial mühitlərdə baş verə bilər.

Azərbaycanla əməkdaşlıq genişlənir - Bakıda layihə davam edir

HEGEM rəhbəri Azərbaycanın bu sahədə əsas tərəfdaş ölkələrdən birinə çevrildiyini bildirir.

O, 2–3 ay əvvəl Türkiyədə keçirilən birgə vasitəçilik simpoziumundan sonra Azərbaycan mütəxəssisləri ilə əməkdaşlığın gücləndiyini deyir: “Hazırda Bakıda sosial vasitəçiliklə bağlı layihə icra olunur. Həmkarlarla Ankarada tanış olduq və onlar bizimlə tərəfdaş olmaq istədiklərini bildirdilər”.
 

Beynəlxalq proqram, 27 Avropa ölkəsi, Kipr və Bolqarıstan

Adəm Solakın sözlərinə görə, HEGEM fəaliyyətini Türkiyə sərhədlərindən kənara çıxarmağa başlayıb: “120 və 250 saatlıq beynəlxalq sertifikat proqramlarımıza artıq xarici ölkələrdən də qoşulmaq mümkün olacaq. Proses Avropa Birliyi ölkələrinə, Kiprə və Bolqarıstana genişlənir”.

Bu günə qədər HEGEM Türkiyənin 27 vilayətində 27 dövlət universiteti ilə 10 illik əməkdaşlıq müqaviləsi imzalayıb və 10 min məzun yetişdirib.

“Şiddətin kökü uşaqlıqdan, daha doğrusu körpəlikdən gəlir”

Adəm Solak şiddətin psixoloji köklərini izah edərkən diqqətçəkən nüanslara toxunur: “Körpəni ananın qucağından alıb bərk öpmək belə şiddətdir. Çünki o sarsılır. Şiddətin kökü məhz bu travmalardan gəlir”.


HEGEM-in 120 min şagird arasında apardığı araşdırmada belə bir nəticə ortaya çıxıb. Uşaqlar analarından ataya nisbətən 10 faiz daha çox şiddət görür.

“Kişilərin şiddəti daha qorxunc olduğuna görə daha çox görünür. Amma şiddəti doğuran uşaqda sevgi və hörmət çatışmazlığıdır. Şiddət göstərən kişini də bir ana yetişdirir”.


 

6000 məhkum, 1000 qatil - “Hamısı insandır”

Adəm Solak bildirir ki, fəaliyyət illəri ərzində 6000 məhkumla təmasda olub: “Onların 1000-i qatil idi. Amma hamısı bizə bənzər insanlardır. Çoxu peşmandır. Lakin 95 faizi yenidən şiddətə qayıdır”.


Onun sözlərinə görə, bu məqamın üç səbəbi var, həbsxanaların insanı azadlığa hazırlamaması, həbsxanaların özünün yeni şiddət doğurması və cəmiyyətin cinayətkarı öz içində yetişdirdiyinin fərqinə varmaması…

Dünyada və Türkiyədə cinayət göstəriciləri

Solak statistik rəqəmləri də açıqlayıb. Deyir ki, Almaniya, İspaniya, Fransada hər 100 min nəfərə 85–90 cinayət, İngiltərədə 145–150, ABŞ-də 850–900, Türkiyədə isə 500-ə yaxın analoji hal var: “Türkiyə ABŞ-dən sonra cinayət törətmə ortalamasında ikinci sıradadır”.

O bildirir ki, Avropa ölkələrində əhali artdıqca cinayətkarlıqla tarazlıq qorunur, Türkiyədə isə bu göstəricilər bölgələr üzrə dəyişir.

“Risk xəritələri olmadan şiddətin qarşısı alına bilməz”

HEGEM rəhbərinə görə, şiddətin qarşısını almağın yolu sadə tövsiyələrdən yox, ciddi elmi işdən keçir: “Hər bölgənin risk xəritəsi hazırlanmalıdır. Türkiyədə uşaq cinayətlərində Kayseri birinci sıradadır və bunu adi statistika ilə görmək mümkün deyil. Elmi araşdırma vacibdir”.


Solak deyir ki, problemlərin həlli üçün icra başçıları, bələdiyyə rəhbərləri, nazirliklər, hamısı eyni masada birləşməlidir. Əks halda heç bir real nəticə əldə olunmayacaq.

Şiddət növləri və mədəni dinamiklər

O vurğulayır ki, şiddət mədəni fərqlərə görə fərqli formalarda təzahür edir. Bəzi ölkələrdə dini məsələlər, bəzilərində etnik mövzular, bəzilərində isə qadın-kişi münasibətləri daha çox gərginlik yaradır. Lakin mədəniyyət dəyişsə də, şiddət eyni şiddətdir.

HEGEM-in hədəfi - 2026-cı ilə qədər 20 milyon insan

Adəm Solak bildirir ki, HEGEM-in növbəti böyük hədəfi var.  5 milyon dövlət qulluqçusu 15 milyon adi işçilər üçün təlim proqramlarının çatdırılmasını planlayırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Noyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri