Icma.az
close
up
RU
Körpənin az çəki yığmasının 7 səbəbi

Körpənin az çəki yığmasının 7 səbəbi

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Bəzən, südəmər körpənin çəkisinə təsir edən səbəbləri tapmaq olmur. Xüsusilə əgər ana körpəni tələbinə müvafiq əmizdirir, əlavə qida və əmzik vermirsə.

Lakin, körpənin çəkisi dəyişmir və ya çox az artır. Gəlin həyatının ilk həftəsində körpənin çəkisinə nələrin təsir etdiyini öyrənək:

1. Doğum evində əmizdirmənin “pis başlanğıcı”

Bura nəticə etibarilə körpənin çəkisinin artmasına təsir edən bir çox meyarları aid etmək olar. Doğuş zamanı istifadə olunmuş dərmanlar, qeysəriyyə əməliyyatı, doğuşsonrası güclü qanaxma (məsələn, Şihan sindromu), uşaqlıqda ciftin qalıqlarının qalması, körpəni döşə aqressiv qoyma və ya ağız boşluğundan seliyin sorulması, körpənin anasından ayrılması. Bunlardan yayınmaq üçün hamiləlik dövründə əmizdirməyə müvəffəqiyyətli başlamaq barədə oxuyun.

2. Körpəni döşə düzgün qoymamaq

Körpəni döşə düzgün qoymamaq, körpənin əmdiyi südün miqdarını azalda, döş gilələrində ağrıya səbəb ola bilər. Bəzən isə elə olur ki, uşaq sözün hərfi mənasında döşdən saatlarla “asılı qalır”, tez-tez sidiyə gedir (sutkada 15 dəfədən çox), lakin gec-gec və az miqdarda nəcisə gedir (3 dəfədən az və ya çox, lakin çox az miqdarda) – bu, körpənin döşü dərin götürməməsindən və yalnız ön südü əmərək “arxa” südə çatmamasından xəbər verə bilər.

Körpəni döşə qoymaq barədə məqalələr oxuyun, bu barədə və əsas əmizdirmə pozaları barədə video və şəkillərə baxın. Əgər özünüz bacarmırsınızsa, şəhərinizdəki əmizdirmə üzrə məsləhətçiyə müraciət edin. Həmişə yadda saxlayın ki, körpənin döşə düzgün qoyulması – əmizdirmənin uğurunun təminatçısıdır!

3. Körpəni az əmizdirmək

Həmçinin körpəni rejimlə qidalandırmaq, əmzikdən, döş gilələri üçün qoruyuculardan istifadə etmək, körpəyə uşaq çayı vermək döşün stimulyasiyası və boşalmasına mənfi təsir göstərir, bu isə öz növbəsində südün azalmasına gətirib çıxarır.

4. Körpənin ümumi vəziyyəti

Yuxulu və ya zəifləmiş körpə, yarımçıq doğulmuş körpə, sarılıq keçirən, ürək qüsuru, mukovissidoz və ya maddələr mübadiləsi ilə bağlı digər problemlərdən əziyyət çəkən körpələr.

5. Körpənin səhhətinin fizioloji və anatomik xüsusiyyətləri

Məsələn, dilin birləşdirici pərdəsinin (dilatlı bağın) qısa olması, dodağında və damağında çat, boyun əyriliyi, hipo- və ya hipertonus, başın hematoması, respirator problemlər (stridor, tez-tez boğulma), virus və ya bakterial infeksiyalar.

6. Əmizdirən ananın sağlamlığının xüsusiyyətləri

Süd vəzi toxumasının inkişafdan qalması, döşün əməliyyat olunması, döş giləsinin qeyri-adi forması, piylənmə, hormonal problemlər, xüsusilə qalxanvari vəzin problemləri, yumurtalıqların polikistoz sindromu, süd ifrazını azaldan dərmanların və ya otların qəbulu (dostineks, romokriptin, Pseudoephedrine/Sudafed, adaçayı, nanə, cəfəri).

7. Ananın/və ya körpənin psixoloji və ya fiziki stres keçirməsi

Əgər ana südünün az olduğuna və ya keyfiyyətinə şübhə edirsə, adətən körpənin çəkisini əmizdirmədən əvvəl və sonra çəkir, bu südün ifrazına və körpənin çəkisinə təsir edə bilər. Əgər ana daim stres keçirirsə və ya depressiyadadırsa və ya körpə daim hər hansısa prosedurlara və ya stresə məruz qalırsa (ailədə tez-tez baş verən davalar, köçmə, ambulator müalicə, tez-tez həkimə baş çəkmək, körpənin enerjisini çox aparan, ağlaması və ya əsəbi gülüşü ilə müşaiyət olunan müalicəvi massaj, dinamik gimnastika və ya üzgüçülük və s.) – bütün bunlar körpənin çəkisinə təsir edə bilər.

Bu, körpənizin çəkisinin az artması ilə nəticələ bilən əsas səbəblərdir. Gördüyünüz kimi, bu səbəblər kifayət qədər çoxdur və sizə kömək etmək, fikirləşməyinizə səbəb olmaq üçün burada toplanıb. Əgər körpə, doğum evindən çıxdıqdan sonra sutkada 8-12 dəfədən az sidiyə gedirsə və 2 həftəlik ikən doğulduğu çəkini yığmırsa, dərhal onun çəkisinə nəzarət etmək və lazım gələrsə əlavə olaraq sağılmış süd və ya süni qida ilə qidalandırmaq lazımdır.

Müəllif: Natalya Razaxatskaya, əmizdirmə məsləhətçisi (İBCLC), slinqo-məsləhətçi
Tərcümə edən: Xumar Ərşadlı
Mənbə: www.am-am.info

Vib.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri