Icma.az
close
up
RU
Körpənizi havaya atıb tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar

Körpənizi havaya atıb tutanda 2 dəfə düşünün: Dəhşətli fəsadlar

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Uşaq Sağlamlığı üzrə mütəxəssis Dr. Ferunda Demir valideynləri xəbərdar edib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, körpəni yelləmək, tullamaq və ya havaya atmaq kimi sevgi nümayişləri beyin qanaması, tənəffüs dayanması və göz daxili qanama kimi ciddi sağlamlıq riskləri yarada bilər.

Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə mütəxəssis Dr. Ferunda Demir xüsusilə 1 yaşdan kiçik körpələrə qarşı edilən bəzi yanlış hərəkətlərin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. 

O, bildirib:

"Sevgi göstərərkən geri dönüşü olmayan nəticələrə səbəb ola bilərik."

O, körpələri yelləməyin və havaya atıb tutmağın təhlükələrinə xüsusi diqqət çəkib.

"Yelləmək - doğru bilinən yanlışlardan biridir"

Cəmiyyətdə körpələri ağlamaqdan sakitləşdirmək və ya güldürmək üçün edilən yelləmə, tullanma və havaya atıb tutma kimi hərəkətlərin əslində təhlükəli olduğunu bildirən Dr. Demir deyib:

"Körpələrin baş ölçüsü, bədənlərinə nisbətən daha böyükdür. Bu da baş nahiyəsinə gələn sarsıntıların daha ciddi nəticələrə yol açmasına səbəb olur. Başın irəli, geri və ya yana sarsılması beyin damarlarında yırtıqlara, göz daxili qanamalara və hətta beyin qanamasına səbəb ola bilər."

"Zehni və fiziki zədələr baş verə bilər"

Dr. Demir bildirib ki, sarsıntı nəticəsində yalnız beyində deyil, tənəffüsü idarə edən sinirlərdə də zədələnmələr ola bilər:

"Bu cür travmalar qəfil tənəffüs dayanmasına səbəb ola bilər. Sadəcə əylənmək və ya sakitləşdirmək məqsədilə edilən bu hərəkətlər körpələrdə həyati təhlükə yarada bilər."

Dr. Demir qeyd edib ki, bəzən körpələrin havaya atılıb tavana çırpıldığı və ya yerə düşərək travma aldığı hallar da müşahidə olunur:

"Bu cür qəzalar həm baş, həm də bədən travmalarına səbəb olur. Qalıcı zehni və fiziki zədələr yarana bilər."

"Göz təması sağlam bağlanmanı dəstəkləyir"

Dr. Demir körpələri sevməyin ən düzgün yolunun yumşaq və sakit bir təmas olduğunu vurğulayıb:

"Körpə ilə göz təması qurmaq, onunla danışmaq, mahnı oxumaq, toxunmaq kimi üsullar həm inam yaradır, həm də sağlam bağlanmanı dəstəkləyir. Bunun üçün körpənin bezinin təmiz, qarnının tox və ümumilikdə rahat olması da vacibdir."

Sonda Dr. Demir sarsıntı və ya travma sonrası müşahidə edilə biləcək əlamətləri də sadalayıb:

"Əgər körpə bir nöqtəyə sabit baxırsa, davranışlarında qəribəlik varsa, şiddətli qusma, gözlərdə sürüşmə kimi əlamətlər müşahidə olunursa, mütləq həkimə müraciət olunmalıdır. Erkən müdaxilə qalıcı zədələrin qarşısını ala bilər."

Hüseyn
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri