Körpəsini sosial şəbəkədə satışa çıxaran ana həbs edildi FOTO
Icma.az, Publika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-da Juniper Breyson adlı 21 yaşlı qadın “Facebook”da körpəsini satmağa cəhd edib.
Publika.az xəbər verir ki, bu barədə “The Independent” yazıb.
Bildirilir ki, Breyson "Övladlığa götürən ailələri axtaran analar" adlı “Facebook” qrupunda uşağının övladlığa götürülməsini istədiyini yazıb və ən azı 7 ailə ilə əlaqə saxlayıb.
"Mənə doğum əsnasında yanımda olacaq və uşağı evə aparacaq biri lazımdır. Körpənin himayədar ailəyə verilməsini istəmirəm, onu övladlığa götürəcək birini axtarıram", - deyə o, paylaşımında bildirib.
Breyson daha sonra onunla əlaqə saxlayanlardan pul tələb edib: "Mən sadəcə istəyirəm ki, bir mənzilə köçüb işə düzəlim və sonra qızımı geri ala bilim, bu, böyük məbləğdə pul deyil".
Hadisənin ortaya çıxmasının ardından polis dərhal hərəkətə keçib. Breyson həbs olunub, körpə isə müvəqqəti olaraq onun dostuna təhvil verilib.
Roza
Baxış sayı:48
Bu xəbər 04 Noyabr 2024 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















