Icma.az
close
up
RU
Körpəsinin yanında əri öldürülən qadın sığınacaqdan aparıldı: “Hamilədir...”

Körpəsinin yanında əri öldürülən qadın sığınacaqdan aparıldı: “Hamilədir...”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda ailə faciəsi ilə nəticələnən qətl hadisəsi baş verib. 

Qardaşlar arasında yaranan mübahisə nəticəsində 1996-cı il təvəllüdlü A. N. öz evində qətlə yetirilib. Hadisə zamanı onun bir yaşlı qızı da evdə olub. Mərhumun həyat yoldaşı və azyaşlı körpəsi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın dəstəyi ilə sığınacağa yerləşdirilib.

Bəs, hazırda ana və uşağın psixoloji vəziyyəti necədir? 

Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadının vəziyyəti olduqca gərgin idi, amma yenə də qohumları onları sığınacaqdan aparmağa israr ediblər:

“Qadın və uşağı bizim yanımızdan qohumları aparıb. Onların vəziyyəti olduqca gərgin idi. Biz psixoloji yardım təklif etdik. Düzdü, bu yardımı alacaqlarına söz verdilər, çünki qadın çox ağır şok vəziyyətində idi. Üstəlik, hamilədir. Dedik ki, psixoloji yardım mütləq davam etdirilməlidir. Çünki yaxın günlərdə yeni uşaq doğulacaq  və uşaqların gələcəyi üçün də həm sosial, həm də psixoloji dəstək vacibdir”. 

M.Zeynalova bildirib ki, adətən, bəzi qohumlar bu məsələlərə ciddi yanaşmırlar, bu kimi məsələlər onlar üçün önəmli olmur:

“Onlar nə ananın psixoloji sağlamlığını, nə də doğulacaq körpənin bu travmadan necə təsirlənəcəyini düşünürlər. 

Halbuki belə hallarda psixoloji travmalar ciddi fəsadlar verə bilər və bu, doğulan uşağın da sağlamlığına təsir göstərə bilər. Əksər hallarda qohumlar bunları düşünmürlər. "Bizim qohum niyə sığınacaqda olsun?",- deyə fikirlərşirlər. Təəssüf ki, belə bir yanaşma var və bunu biz gördük”. 

Mehriban Zeynalova qohumların bu məsələdə məsuliyyətli davranacağına şübhə ilə yanaşdığını bildirib:

“Təklif etdik ki, sığınacaqda qalsınlar psixoloji yardımı davam etdirək, hüquqi baxımdan da kömək edək. Amma qohumlar israr etdilər ki, hər şeyi özləri edəcək. Bu yardımların tamamilə pulsuz olduğunu da diqqətə çatdırdıq, amma yenə də razılaşmadılar, özləri aparmaq istədilər.

İndi doğulacaq uşağın sağlamlığına nəzarət olunmalı, tibbi baxışdan keçməlidir. Bildirdilər ki, bütün bu məsələləri özləri həll edəcəklər. Amma açığı, mən inanmıram ki, real dəstək göstərilsin. Söz verdilər, amma yenə də tərəddüd edirəm”.

Qeyd edək ki, qardaş qardaşı körpəsi ilə yatdığı yerdə öldürüb və daha sonra körpəni anasına verərək üstünə bulaşan qanın yuyulmasını tapşırıb.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Açar sözlər: körpə əri öldürülən qadın Mehriban Zeynalova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 İyul 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri