Icma.az
close
up
RU
Korrupsiya əməliyyatları Bakıdakı icra başçılarına da ÇATACAQ

Korrupsiya əməliyyatları Bakıdakı icra başçılarına da ÇATACAQ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) korrupsiya və vəzifə cinayətləri ilə mübarizə istiqamətində apardığı əməliyyatlar davam edir. Bu dəfə hədəfdə Balakən rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmiş  İslam Rzayev olub. İslam Rzayevin həbsi ilə icra başçılarından dəmir barmaqlıqlar arxasına düşənlərin sayı 7-ə  yüksəlib. 

Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat indiyə kimi əsasən paytaxtdan uzaq bölgələri əhatə edib. Maraqlıdır ki, Bakının rayonları həmişə anoloji tədbirlərdən kənarda qalıb. 
Qeyd edək ki, Bakıda 12 rayon var: Binəqədi, Xətai, Sabunçu, Nizami, Nərimanov, Nəsimi, Qaradağ, Səbail, Xəzər, Yasamal, Pirallahı, Suraxanı.

Bəs Bakının adları çəkilən rayonlarının İcra hakimiyyətləri niyə korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı əməliyyatlardan kənarda qalır? Bu, həmin rayonların İcra hakimiyyətlərinin yaxşı işləməyindən qaynaqlanır, yoxsa növbə onlara da çatacaq? 

Milli Məclisin deputatı Elşad Musayev Modern.az-a açıqlamasında bildirib ki, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir:

“Mən əvvəlki müsahibələrimdən birində demişdim ki, insanlarımız "qara maskalılar" üçün darıxıblar. Buna görə də, hesab edirəm rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə sürətlənməlidir. Çünki korrupsiya, rüşvət, monopoliya ölkəni içəridən yeyir. Ona görə də qanunazidd işlərlə məşğul olan vəzifə sahiblərinə qanunun sərt üzü göstərilməlidir.
Düşünürəm ki, Balakən hadisələri korrupsiyaya qarşı aparılan əməliyyatların növbəti mərhələsidir. Bu prosesi davam etdirmək lazımdır. Biz ölkədə korrupsiyanın, qanunsuzluğun, hərc-mərcliyin qarşısını kəsməsək, iqtisadi və digər sahələrdə irəliləyişə nail ola bilmərik. Bir sıra rayonların icra başçıları özlərini qanundan yuxarıda hesab edirlər, heç kimə də hesabat vermirlər. Baxırsan adama, vəzifəyə gələndə elə bir var-dövləti yoxdur, di gəl ki,  vəzifə tutduğu dövrdə nə qədər mal-mülkə sahiblənir. Rayonun özü kasıbdır, amma baxırsan ki, icra başçısının var-dövləti aşıb-daşır. Yerli icra nümayəndələri var, baxırsan yerlərdə min cür problem var, amma bunların villalarının sayı günbəgün artır. Mən düşünürəm ki, bu proses davam etdirilməlidir”.

Deputatın sözlərinə görə, keçirilən əməliyyatların icra başçılarına dərs olmamasının bir sıra səbəbləri var:

“Bunun əsas səbəbi sistemlə bağlıdır. Ölkədə idarəertmə sistemi dəyişməli, hesabatlılıq olmalıdır. Yerli idarəetmə orqanları demokratik seçki ilə formalaşmalı, onlar da hesabat verməlidir. Eyni zamanda, bunlara nəzarət edən orqanlar özləri yaxşı işləmir. Misal üşün, məhkəmələr. İcra başçıları təyinatdan sonra illərlə - 10, 20 il bir yerdə işləyirlər. Bunlara nəzarət də yaxşı deyil. Yenə deyirəm, sistemin özünü elə etmək lazımdır ki, hamı bir-birinə nəzarət edə bilsin. Yoxsa yerlərdə icra başçılarının bəziləri, indi də belələri var, heç kəsdən qorxub çəkinmədən yüz cür hoqqabazlıq edirlər. Yəqin ki, kiməsə söykənirlər. Belə olmur”.

Deputat vurğulayıb ki, korrupsiya ilə bağlı əməliyyatlar Bakıdakə İcra hakimiyyətlərində də keçirilməlidir:

“Mən hesab edirəm ki, Bakı şəhərinin özündə də bu əməliyyatları keçirmək lazımdır. Bu əməliyyatlar rayonlarda başlayıb, amma yəqin ki Bakıya da gəlib çatacaq. Bakı şəhərində bir sıra yerlərdə olan vəziyyət açıq-aşkar acınacaqlıdır.

Yeri gəlmişkən, külli  miqdarda dövlətin malını, əmlakını  mənimsəyən adamlar həmin vəsaiti büdcəyə qaytarmalıdırlar.

Büdcə vəsaitini dağıdanlar, ölkənin iqtisadiyyatına zərbə vuranlar var. Bunlara qarşı sərt tədbirlər görülməlidir ki, iqtisadiyyatımızı inkişaf etdirə bilək, əmək məhsuldarlığımızı artıraq. Büdcənin 41%-ni sosial məsələlərə yönəltmişik. İndi bunun miqdarını artırmaq lazımdır. Bunu edə bilməməyimizin bir çox səbəbi var. O səbəblərdən biri də yerlərdə belə dağıdıcılıq, gəmiricilik işləri ilə məşğul olan adamlardır. Faktiki olaraq, bunlar ölkənin inkişafını inkişafdan dayandırırlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri