Icma.az
close
up
RU
Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirilib

Korsikanın Bastiya şəhərində etiraz aksiyası keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Cari ilin 7 sentyabr tarixində Fransa müstəmləkəsi olan Korsikanın Bastiya şəhərində Forza Novanın  (Korsikanın müstəqilliyini dəstəkləyən siyasi partiyalardan biri) çağırışı ilə yüz nəfərdən çox şəxs etiraz aksiyası keçirib. Aksiyanın keçirilməsinə səbəb 19 yaşlı korsikalı gəncin ölkəyə qeyri-qanuni yolla gəlmiş şəxs tərəfindən bıçaq zərbələri nəticəsində xəsarət alması olub.

Bakı Təşəbbüs Qrupundan XQ-ə verilən məlumata görə, gəncin ailə üzvləri də etirazçılarla birlikdə aksiyada iştirak ediblər. Onlar, Françeskunun dostları ilə birlikdə hücuma müqavimət göstərdiyini, lakin ağır yaralandığını bildiriblər. Etirazçılar tərəfindən səsləndirilən bəyanatlarda, “Korsikanın heç vaxt zorakılıq və xaos meydançasına çevrilməyəcəyi” vurğulanıb. Aksiyada nümayiş olunan plakartların üzərində “biz nə qurban, nə də şəhid olacağıq, hər zaman öz torpağımızı qoruyacağıq” şüarları səsləndirilib.

Aksiya iştirakçıları zərərçəkmiş şəxsə və onun ailə üzvlərinə dəstəyini ifadə edərək, hadisənin hüquqi müstəvidə davam etdirəcəklərini diqqətə çatdırıblar. Etirazçılar Fransa tərəfindən təyin olunmuş rəsmiləri tənqid etməklə kifayətlənməyib, onların tədbirdə iştirak etməməsini Fransanın Korsikaya olan ədalətsiz siyasəti kimi qiymətləndiriblər. Bu mövqe, mərkəzi hakimiyyətlə ada əhalisi arasında artan inamsızlığın daha bir göstəricisi kimi qəbul edilib. 

Qeyd edək ki, Korsikalıların dərin narazılığının kökündə Fransa hökumətinin adanın demoqrafik tərkibini məqsədli şəkildə dəyişdirməyə yönəlmiş siyasəti dayanır. Bu siyasət çərçivəsində hökumət, Korsikaya qeyri-korsikalı əhalinin məqsədyönlü şəkildə köçürülməsini təşviq edir, bu da adanın yerli mədəni və etnik kimliyinin zəiflədilməsinə xidmət edir. Belə bir yanaşma təkcə Korsikanın tarixi və mədəni özünəməxsusluğuna təhdid yaratmır, həm də yerli əhali ilə yeni gələnlər arasında sosial və siyasi gərginliyi kəskinləşdirir. Bu gərginlik, adada etnik və mədəni ziddiyyətlərin artmasına, eyni zamanda kriminal vəziyyətin nəzərəçarpacaq dərəcədə pisləşməsinə səbəb olur. Fransa hökumətinin bu siyasəti, Korsikalıların öz torpaqlarında azlıq durumuna düşmək qorxusunu gücləndirir və onların öz müqəddəratını təyin etmək hüquqlarına dair tələblərini daha da aktuallaşdırır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see166

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see158

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see148

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri