Icma.az
close
up
RU
Kosmetik vasitələr gözəlliklə yanaşı, ölüm də saçır XANIMLARA XƏBƏRDARLIQ

Kosmetik vasitələr gözəlliklə yanaşı, ölüm də saçır XANIMLARA XƏBƏRDARLIQ

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Gözəl və baxımlı görünmək üçün makiyaj fırçaları əvəzolunmaz vasitələrdən biridir.

Avtosfer.az xəbər verir ki, bu fırçaların düzgün seçilməməsi, istifadəsi və təmizliyi gözlənilməz dəri problemlərinə səbəb ola bilər. Makiyajı mükəmməl çəkməyə kömək edən bu alətlər, eyni zamanda, bakteriya yığılması, allergik reaksiyalar və dəri infeksiyaları kimi risklər də daşıyır. Bəs kosmetik fırçaların təhlükələrindən qorunmaq və onların istifadəsini daha təhlükəsiz etmək üçün nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı kosmetoloq Sübhanə Cabbarova saytımıza açıqlamasında bildirib ki, kosmetik sahə təkcə gözəlliklə məhdudlaşmır, həm də gigiyena və sağlamlıq baxımından vacibdir:

"Məsələn, bəzi dəri problemləri, xüsusən də iltihablı aknələr, yoluxucu ola bilər. Əgər bir şəxs bu cür dərisi olan biri tərəfindən istifadə olunmuş fırçanı dezinfeksiya etmədən istifadə edərsə, bakteriya və mikroblar digər şəxsin dərisinə keçə bilər. Buna görə də, kosmetik alətlər mütəmadi olaraq düzgün şəkildə təmizlənməli və dezinfeksiya olunmalıdır. Dərialtı problemləri, məsələn, bakterial infeksiyalar, göbələk infeksiyaları və ya hətta bəzi dəri xəstəlikləri zahirən təmiz görünən birinin dərisində ola bilər. Əgər həmin şəxs gigiyenik qaydalara əməl etmədən makiyaj və ya dəriyə qulluq alətlərini başqaları ilə paylaşırsa, bu infeksiyalar digər insanlara da keçə bilər".

Kosmetoloq qeyd edib ki, bu səbəbdən sadəcə görünüşün təmiz olmasına güvənmək olmaz:

"Hər kəs şəxsi kosmetik vasitələrindən istifadə etməli və alətlərini mütəmadi olaraq təmizləməlidir. Xüsusilə salonlarda və ortaq istifadə olunan yerlərdə gigiyenaya daha ciddi yanaşmaq vacibdir".

Stilist və vizajist Hədiyyə Malasova mövzuya əsasən saytımıza bildirib ki, kosmetik fırçalar dəri üçün təhlükəli ola bilər, xüsusilə də, əgər bir müştərinin dərisində sızanaqlar və ya digər problemlər varsa:

"Belə hallarda həmin fırçanın başqa bir müştəridə istifadəsi qətiyyən yolverilməzdir. Hər bir vizajist və usta fırçalardan istifadə edərkən gigiyena qaydalarına ciddi riayət etməlidir. Hər müştəri üçün təmiz və dezinfeksiya olunmuş fırçalar istifadə edilməlidir. Xüsusilə tonal krem və nəmləndirici tətbiq etmək üçün istifadə olunan fırçalar dəyişdirilməlidir".

Hədiyyə Malasova xanımlara öz şəxsi fırçalarını yanlarında götürərək daha təhlükəsiz seçim edə biləcəklərini vurğulayıb.

Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 02 Aprel 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri