Kosmik hava proqnozu açıqlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 13 aprel, AZƏRTAC
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəşin fəallığı zəifləyib və əsasən B sinif alışmalar qeydə alınıb. Alışmalara bağlı olaraq tac kütlə atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı azalıb.
Günəş küləyinin maksimal sürəti saniyədə 701 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti saniyədə 431 kilometrdir.
Tac dəliyi axınlarının təsiri ilə geomaqnit sahəsi sakit-aktiv səviyyələr arasında dəyişib.
Aprelin 13-dən 19-dək C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 10 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1 faizdir.
Günəş küləyinin sürəti müsbət qütblü tac dəliyi axınlarının (TDA) təsirilə yenə də normadan yüksək olacaq. Geomaqnit sahəsinin sürəti müsbət qütblü TDA-nın təsirilə sakit-aktiv səviyyələrdə olacağı gözlənilir.
Baxış sayı:49
Bu xəbər 13 Aprel 2026 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















