Kosmosda yeni missiya başladıldı Hədəf Günəş sisteminin sirrini açmaqdır
Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çin asteroidlər və erkən Günəş sisteminin formalaşması və təkamülü haqqında anlayışları dərinləşdirmək məqsədi ilə Yer kürəsinə yaxın asteroiddən torpaq nümunələri toplamaq üçün ilk missiyasına başlayıb.
News24.az xəbər verir ki, bu barədə Çin Milli Kosmik Agentliyi məlumat yayıb.
“Tianven-2” kosmik gəmisi bu gün səhər saatlarında Çinin Siçuan əyalətindəki buraxılış mərkəzindən kosmosa qaldırılıb.
Kosmik gəmi Kamo Ualiva adıyla tanınan 2016 HO3 asteroidinə çatmaq üçün təxminən bir il yol qət edəcək. Çatdıqdan sonra səthindən nümunələr götürməzdən əvvəl kosmik cisim haqqında məlumat toplamaq üçün asteroidin orbitinə çıxacaq.
Nümunələrin 2027-ci ilin sonuna qədər kapsul şəklində Yerə qaytarılacağı gözlənilir.
“Tianwen-2” daha sonra Mars və Yupiter arasındakı asteroid qurşağında yerləşən 311P kometini araşdırmaq üçün səyahətinə davam edəcək. Missiya iddialı və uzunmüddətlidir və təxminən 10 il çəkəcəyi gözlənilir./Teleqraf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 30 May 2025 22:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















