Icma.az
close
up
RU
Kosmosdan gələn sərvət

Kosmosdan gələn sərvət

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Bu yaxınlarda Çinin Hunan əyalətinin Pinçzyan bölgəsində nəhəng qızıl yataqları aşkar olunub. Bu yerlər indiyə qədər yalnız kameliya yağının istehsalı ilə tanınıb. Şaxtaçılar yer qatının iki kilometr dərinliyinə çatanda təsadüfən, qızıl laylarına rast gəliblər. Şaxtalarda qırxa yaxın uzun qızıl layları aşkarlanıb. 

Mütəxəssislərin hesablamalarına görə, ərazidə 1100 ton qızıl ehtiyatı var. Sərvət təxminən, 83 milyard dollar dəyərindədir. Müqayisə üçün xatırladaq ki, tarixi boyu indiyədək cəmi 233 min ton qızıl çıxarılıb.

Qızıl necə “əmələ gəlir”?

Mütəxəssislərin fikrincə, qızıl elementi Yer kürəsində təbii surətdə yaranmır. Planetimizdə belə ağır metalın əmələ gəlməsi üçün kifayət qədər yüksək temperatur və təzyiq mövcud deyil. Kosmik araşdırmalara görə günəş kimi planetlərdə də qızıl əmələ gəlmir, günəşəbənzər ulduzlarda dəmir, yaxud ona bənzər elementlər yarana bilir. 

Qızıl kimi ağır metallar supernova partlayışları və neytron ulduzlarının toqquşması nəticəsində kosmosda  əmələ gəlir. Kosmik partlayışlar ağır elementləri kosmosa səpələyir. Alimlərin fikrincə qızıl Yer planetinə təxminən 4 milyard il əvvəl meteorit parçaları ilə birgə düşüb. 

Lakin qızıldan fərqli olaraq, almaz Yer kürəsinin dərinliklərində – mantiyada yaranır. Yəni, almaz “gəlmə” deyil, yer sakinidir. 

Çin qızıl imperiyasına çevriləcək 

Çində yeni kəşf edilən yataqda qızılın miqdarı hər ton süxurda 138 qramdır. Bu rəqəm dünya üzrə orta göstəricidən xeyli yüksəkdir. 

Çindəki bu tapıntıya qədər ən böyük qızıl yataqları 1025 ton qızıla malik Cənubi Afrika yataqları sayılırdı. Yeni Çin yatağı isə Afrika yatağından 75 ton qızıl üstünlüyü ilə rekordu təzələdi. 

Bu gün Çin dünya qızıl istehsalının 10 faizini təmin edir. Qızıl istehsalında lider ölkələr isə Avstraliya, ABŞ, Rusiya və Kanadadır. Söz yox ki, yeni qızıl “anbarı”nın tapılması  Çinin qlobal bazarda mövqeyini daha da gücləndirəcək. 

Qızıl kosmosda daha çoxdur

Yer üzündəki qızıl ehtiyatları kainatla müqayisədə çox azdır. Məsələn, Marsla Yupiter arasında yerləşən Psiheya asteroidində o qədər çox metal var ki, dəyəri dünya iqtisadiyyatının 100 min illik gəlirindən belə çoxdur. Gələcəkdə asteroidlərdən metal çıxarmaq dünya iqtisadiyyatının taleyini tamamilə dəyişə bilər. 

Qızıl bizə Yerin tarixini öyrədir

Tapılan qızıl yatağının işlənməsi üçün Çin müasir texnologiyalardan istifadə etməyi planlaşdırır. Hazırda dünyada qızılın çıxarılması üçün mürəkkəb kimyəvi proseslərdən istifadə olunur. Ətraf mühitin çirklənməməsi üçün yeni ekoloji standartlar tətbiq edilir. 

Qızıl yataqlarının öyrənilməsi alimlərə Yer kürəsinin tarixi  haqqında dərin bilgilər verir. Bu yataqlar qədim geoloji proseslərin izləridir. Ona görə də yeni aşkar olunan Çin qızıl yatağının araşdırılması iqtisadi cəhətdən faydalı olmaqla yanaşı, regionun geoloji tarixini daha dərindən öyrənməyə də kömək edəcək.

Murad Köhnəqala  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri