Kosmosun ölçüyəgəlməz sərhədləri: Qalaktikalar dünyası VİDEO
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Qalaktikalar ulduzlardan, planetlərdən və nəhəng qaz-toz buludlarından ibarət, cazibə qüvvəsi ilə bir-birinə bağlı möhtəşəm sistemlərdir. Ən iri qalaktikalarda trilyonlarla ulduz mövcuddur və onlar bir milyon işıq ilindən artıq məsafəyə qədər uzana bilir. Ən kiçik qalaktikalar isə cəmi bir neçə min ulduzu əhatə edir və ölçüləri bir neçə yüz işıq ili ilə məhdudlaşır. Böyük qalaktikaların əksəriyyətinin mərkəzində kütləsi Günəşin kütləsindən milyardlarla dəfə artıq olan superkütləli qara dəliklər yerləşir.
Bizim qalaktikamız, - Süd Yolu, - spiral qalaktikadır; onun uzunluğu 100 000 işıq ilindən çoxdur və tərkibində 100–400 milyard ulduz olduğu hesab edilir. Bununla belə, kainatda Süd Yolundan xeyli böyük strukturlar da mövcuddur. Yuxarıdakı videoda Süd Yolundan böyük olan müxtəlif qalaktikalar göstərilir. Onların sırasında:
Hoaq obyekti - İlan (Serpens) bürcündə yerləşən halqavari qalaktika; Araba Təkəri (Cartwheel) qalaktikası - Heykəltəraş (Sculptor) bürcündə, Yerdən təxminən 500 milyon işıq ili uzaqlıqda yerləşən linzavari və halqavari qalaktika. Təxmini diametri 130–150 min işıq ilidir; Çarx (Pinwheel) qalaktikası - Böyük Ayı (Ursa Major) bürcündə spiral qalaktika. Təxmini diametri 170–185 min işıq ilidir; Andromeda qalaktikası - Andromeda bürcündə müşahidə olunan spiral qalaktika. Diametri təxminən 220 min işıq ilidir; NGC 7331 (Caldwell 30) - Pegasus bürcündə spiral qalaktika. Diametri təxminən 370 min işıq ilidir; NGC 6872 - Tovuzquşu (Pavo) bürcündə spiral qalaktika; məlum olan ən böyük spiral qalaktika hesab olunur; Malin 1 - nəhəng spiral qalaktika. Veronikanın Saçı (Coma Berenices) bürcü istiqamətində, Yerdən 1,19 milyard işıq ili uzaqlıqda yerləşir. Diametri təxminən 650 min işıq ilidir ki, bu da Süd Yolunun diametrindən 6,5 dəfə böyükdür; NGC 262 - Andromeda bürcündə yerləşən solğun qalaktika, diametri təxminən 2 600 000 işıq ilidir; IC 1101 - Abell 2029 qalaktikalar topasının mərkəzində yerləşən supernəhəng elliptik qalaktika, eyni zamanda ən parlaq qalaktikalardan biridir.Hazırladı:
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 01 Yanvar 2026 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















