Kosovo millisinə texniki məğlubiyyət verildi
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Millətlər Liqasının 5-ci turu çərçivəsində yarımçıq qalan Rumıniya - Kosovo matçı üçün qərar verilib.
QOL.az xəbər verir ki, bu barədə UEFA Apellyasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Qərara əsasən, Kosovo millisinə matçda texniki məğlubiyyət və 6 min avro cərimə verilib. Rumıniya yığması isə 128 min avro cərimələnib və növbəti ev matçını da tamaşaçısız keçirəcək.
Xatırladaq ki, 15 noyabr tarixində qapılara qol vurulmamışdı və 90+3-cü dəqiqədə isə matç dayandırılmışdı. Buna səbəb rumıniyalı azarkeşlərin Serbiya şüarları səsləndirməsi olub. Kosovolu futbolçular onların bu hərəkətlərindən sonra meydandan çıxıblar və paltardəyişmə otağına yollanıblar. Həmin vaxt rumıniyalı Denis Alibeklə kosovalı Albion Rahmani arasında mübahisə yaşanıb. Bu isə iki komandanın oyunçuları arasında gərginliyə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 20 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















