Koşta Trampın mövqeyi barədə: Yalnız Ukrayna öz gələcəyi ilə bağlı danışıqlar apara bilər
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Avropa İttifaqı (Aİ) Şurasının sədri Antoniu Koşta ABŞ Prezidenti Donald Trampın Avropa liderləri ilə avqustun 13-də Ukrayna ilə bağlı təşkil etdiyi onlayn konfransda həmsöhbətlərinə çatdırdığı üç əsas bəndi qeyd edib.
"Report"un "Avropa Həqiqəti" nəşrinə istinadən məlumatına görə, bu barədə Koşta Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında bildirib.
Koşta və Makron Fransa Prezidentinin iqamətgahlarından birində ABŞ və Avropa liderləri ilə danışıqlarda birgə iştirak etmək üçün görüşüblər.
"Prezident Tramp bizimlə çox vacib üç məqsəd bölüşdü. Birincisi, atəşkəsdir", - deyə Koşta bildirib.
Aİ Şurasının sədri ikinci bənd kimi ABŞ-nin "Ukraynadan başqa heç kimin Ukrayna məsələləri üzrə danışıqlar apara bilməz" mövqeyini vurğulayıb.
"Üçüncü element - Ukrayna üçün uzunmüddətli və ədalətli sülh əldə edildikdə ABŞ-nin Avropa ilə təhlükəsizlik şərtlərinin gücləndirilməsi səylərini bölüşməyə hazır olmasıdır", - Koşta qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 14 Avqust 2025 02:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















