Icma.az
close
up
RU
“Koştanın səfəri Azərbaycan Aİ münasibətlərinə ciddi töhfə verəcək” Ekspert

“Koştanın səfəri Azərbaycan Aİ münasibətlərinə ciddi töhfə verəcək” Ekspert

Icma.az bildirir, 525.az portalına istinadən.

“Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azəbaycana ilk dəfə səfər etdi. Bu səfər Azərbaycan-Aİ münasibətlərinin inkişafı baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər”.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli deyib.

O bildirib ki, ümumiyyətlə bu səfər tərəflər arasında siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi və enerji əməkdaşlığının genişləndirilməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. 

“Azərbaycan uzun illərdir ki, Aİ üçün etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolu son illərdə daha da artıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xeyli artıb və bu məqam da Aİ tərəfindən yüksək səviyyədə dəyərləndirilir. Cənub Qaz Dəhlizi və Azərbaycanın Avropaya qaz ixracı konteksti hesab edirəm ki, bu əməkdaşlığın strateji xarakter daşıdığını göstərir”, - ekspert söyləyib.

Əlavə edib ki, hər iki Prezidentin verdiyi birgə bəyanatlardan, açıqlamalardan Koştanın səfəri çərçivəsində regional təhlükəsizlik, Cənubi Qafqazda davamlı sülhün təmin olunması, həmçinin iqtisadi və nəqliyyat layihələri üzrə əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görünür: 

“Bəyanatlardan məlum olur ki, vurğulanan məsələlər, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi səfər çərçivəsində müzakirə olunub. Bu baxımdan hesab edirəm ki, səfər həm Azərbaycan, həm də Avropa İttifaqı üçün qarşılıqlı maraqlara xidmət edən yeni imkanlar yarada bilər. Eyni zamanda, bu səfər Avropa İttifaqının regiona marağının davam etdiyini və Azərbaycanın Cənubi Qafqazda mühüm tərəfdaş kimi qəbul olunduğunu bir daha nümayiş etdirir. Ümumilikdə Koştanın Azərbaycana səfəri hesab edirəm ki, siyasi dialoqun daha da intensivləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə və regionda sabitliyin möhkəmlənməsinə töhfə verə biləcək diplomatik addım kimi də dəyərləndirilə bilər. Yəni bu səfər Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə daxil olmasına ciddi töhfə verəcək”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see585

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see533

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see376

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see283

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see255

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see254

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see247

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see246

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see245

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see222

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see220

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see220

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see217

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see214

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see214

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see213

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see212

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see211

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri