Kral ailəsi Lionel Messini şam yeməyinə dəvət edib
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"İnter Mayami"nin hücumçusu Lionel Messi İspaniya Kralı VI Felipe və Kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Tədbir bu gün, İspaniyanın Oviedo şəhərində, "Asturiya Şahzadəsi" mükafatları (Princess of Asturias Awards) ilə bağlı təntənələr çərçivəsində baş tutacaq. Mərasimdə argentinalı futbolçu və kral ailəsi ilə yanaşı, mükafata layiq görülən digər şəxslər də iştirak edəcəklər. Həmin gün Messinin Oviedo İdman Sarayında məktəblilər, universitet tələbələri və azarkeşlərlə görüşməsi nəzərdə tutulub.
Sabah isə argentinalı futbolçu kral ailəsinin ev sahibliyi edəcəyi rəsmi qəbulda iştirak edəcək. Daha sonra "Kampoamor" teatrında "Asturiya Şahzadəsi" mükafatlarının idman kateqoriyası üzrə təqdimat mərasimi keçiriləcək.
Mənbənin sözlərinə görə, Messi həmin axşam Nyu-Yorka yola düşəcək. Bu, onun "İnter Mayami"nin oktyabrın 24-də "Nyu-York Red Bullz"a qarşı keçirəcəyi oyuna vaxtında çatmasını təmin etmək məqsədi daşıyır.
Baxış sayı:117
Bu xəbər 22 Oktyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















