Kral ailəsində növbəti qalmaqal Keçmiş mühafizəçi danışdı
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniya kralı III Çarlzın qardaşı, tituldan məhrum edilmiş keçmiş şahzadə Endryu haqqında yeni qalmaqallı məlumatlar üzə çıxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə kral ailəsinin keçmiş təhlükəsizlik əməkdaşı Pol Peyc “Daily Mirror”a müsahibəsində deyib.
O, Endryunun Bukingem sarayına dəfələrlə eskortlar gətirdiyini və şəxsi otaqlarında onlarla vaxt keçirdiyini iddia edib.
Peyc bildirib ki, 1998-2004-cü illərdə növbələrinin birində təhlükəsizlik xidmətinə taksinin saraya heç bir yoxlamasız buraxılması göstərişi verilib:
“Lakin polis əməkdaşları maşını saxladıqda içəridə Endryu və qısa ətəkli, açıq geyimli iki qadının olduğunu görüblər. Onların sərxoş və şahzadə ilə səmimi davranışları diqqət çəkib”.
Keçmiş mühafizəçi həmkarlarının da həmin qadınların məhz eskort olduğunu düşündüyünü bildirib.
Qeyd edək ki, şahzadə Endryu illərdir azyaşlı qızlara qarşı cinsi zorakılıqda ittiham olunur. Bu hadisədən sonra o, kral ailəsinin rəsmi öhdəliklərindən uzaqlaşdırılıb və titullarının çoxundan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 22 Noyabr 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















