Kral Çarlz qəhvəsinə gözlənilməz məhsul əlavə edir: bu nədir?
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Böyük Britaniyanın kral ailəsi ilə bağlı maraqlı bir detal ictimaiyyətə açıqlanıb. Kralın keçmiş saray xidmətçisi Qrant Harrold III Çarlzın qəhvə içmə vərdişindən danışıb.
2004-2011-ci illərdə kral ailəsində çalışan Harrold bildirib ki, III Çarlz qəhvəyə şəkər qatmağı sevmir. Onun sözlərinə görə, monarx qəhvəsini şirinləşdirmək üçün fərqli üsuldan istifadə edir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, kral qəhvəsinə şəkər əvəzinə bir qaşıq bal əlavə etməyi üstün tutur.
Keçmiş saray əməkdaşı həmçinin qeyd edib ki, kral ailəsində qəhvəni ən çox sevənlərdən biri kraliça Kamilladır. Onun sözlərinə görə, kralın oğulları, şahzadələr Uilyam və Harri də qəhvə həvəskarlarıdır.
“Kraliça Kamilla qəhvə içməyi sevir, Uilyam və Harri də tez-tez qəhvə içirlər”, - Harrold bildirib.
Bununla yanaşı Qrant Harrold kral III Çarlz gündə təxminən dörd fincan çay içir.
Çayın isə mütləq ənənəvi fincan və nəlbəki ilə təqdim olunmasına üstünlük verir. Kral daha güclü dadı olan ənənəvi çay yarpaqlarından hazırlanmış çayı da seçir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 05 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















