Kral III Çarlzın qvardiyasına qarşı terror aktının qarşısı alınıb
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Böyük Britaniyada polis əməkdaşları Kral III Çarlzın qvardiyasına qarşı terror aktının qarşısını alıblar.
“Report” xəbər verir ki, bu barədə “The Sun” qəzeti mənbəyə istinadən yazıb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Britaniya monarxını mühafizə edən hərbçilərə qarşı törədilən terror aktının qarşısını alıblar.
Belə ki, ötən həftə polis Slau şəhərində hücum və yandırma məqsədi ilə silah saxlamaqda şübhəli bilinən bir gənci saxlayıb. Daha sonra o, terror aktları hazırlamaqda ittiham olunub. Hücum edən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.
Təhlükəsizliyə görə Koldstrim mühafizəçilərinə iki gün ərzində hərbi geyimdə kazarmadan çıxmamaq əmri verilib. Kazarma Kral iqamətgahı olan Vindzor sarayından iki addımlıqda yerləşir.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 İyun 2025 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















