Krala hansı yeməklər təqdim olunub?
Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniyanın ABŞ-dəki səfirliyində Kral III Çarlzın şərəfinə təşkil olunan qəbulda qonaqlara sırf britaniyalıların sevimlisi olan qidalar təqdim edilib.
Redaktor.az “Daily Star” nəşrinə istinadən xəbər verir ki, menyuda nə hamburger, nə də kartof qızartması yer alıb.
Kral üçün hisə verilmiş qızılbalıqlı ingilis sendviçləri, qıtığotu ilə hazırlanan rostbif, xiyarlı və yumurtalı salatlar hazırlanıb. Şirniyyat masasında isə qaymaq və çiyələk mürəbbəsi ilə təqdim olunan təzə bişmiş skonlar (ənənəvi ingilis bulkaları), məşhur “Viktoriya” biskviti və digər şirniyyatlar üstünlük təşkil edib.
Bildirək ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib.
Xatırladaq ki, Britaniyanın İran əleyhinə ABŞ-İsrail hərbi kampaniyasına qoşulmaması Trampın narazılığına səbəb olmuş və o, Baş nazir Kir Starmeri “o qədər də faydalı olmayan” şəxs adlandırmışdı.
Qeyd edək ki, qəbul zamanı Donald Trampın III Çarlzla şənbə günü Ağ Evdə baş verən atışma barədə söhbət etdiyi də bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 28 Aprel 2026 20:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















