Icma.az
close
up
RU
“Kraliça arı”ların ömrü qısalır: Niyə?

“Kraliça arı”ların ömrü qısalır: Niyə?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın Regensburg Universitetinin alimləri müəyyən ediblər ki, iqlim dəyişikliyi “kraliça arı”ların (ana arı ya da arı bəyi) ömrünə və çoxalma qabiliyyətinə ciddi təsir göstərir.

“Cebheinfo.az” xəbər verir ki, araşdırma bombus arısı (tüylü arı) növünə aid kraliçalar üzərində aparılıb.

2000–2014-cü illəri əhatə edən uzunmüddətli müşahidələr əsasında aparılan tədqiqatın nəticələri “Journal of Animal Ecology” jurnalında dərc olunub.

Qeyd olunur ki, iqlim dəyişikliyinin mənfi təsirləri yalnız temperatur artımı ilə məhdudlaşmır. Mövsümi hava hadisələrinin vaxtı və intensivliyindəki dəyişikliklər də bombus arılarının həyatı üçün mühüm rol oynayır.

Tədqiqatın nəticələrinə görə, kraliça arıların həyatının erkən mərhələsində dəyişkən iqlim şəraitinə məruz qalması onların ömrünü və çoxalma qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır.

Xüsusilə, mülayim qış ayları arıların vaxtından əvvəl oyanmasına və enerji ehtiyatlarını erkən tükətməsinə səbəb olur. Bu isə yaz mövsümündə onların sağ qalmaq və yeni koloniya qurmaq imkanlarını zəiflədir.

Bundan əlavə, mövsümə uyğun olmayan güclü yağışlar da arıların həyatını çətinləşdirir. Yağışlı hava şəraiti polen və nektar toplama prosesini məhdudlaşdırdığı üçün arıların qida tapmaq imkanlarını azaldır.

Tədqiqatın aparıcı müəllifi Dr. Rut Arçer bildirib ki, bombus arıları yalnız yabanı çiçəklərin deyil, həm də kənd təsərrüfatı bitkilərinin tozlanmasında mühüm rol oynayır.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin bu növlərə mənfi təsiri həm ekosistemlər, həm də kənd təsərrüfatı üçün ciddi nəticələr doğura bilər.

Əfsanə 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri