Kralın qardaşı 800 illik titulu da itirdi
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Böyük Britaniya Kralı III Çarlzın kiçik qardaşı, eks-prins Endryu Mauntbetten-Vindzor Londonun ən qədim fəxri titulundan məhrum edilib.
“Qafqazinfo” “BBC News”a istinadla xəbər verir ki, London Siti Korporasiyasının İcma Şurası Məhkəməsi keçmiş şahzadəni “Londonun Azadlığı” (Freedom of London) fəxri adından məhrum etməyə imkan verən yeni proseduru təsdiqləyib.
Korporasiyanın siyasət üzrə sədri Kris Heyvord bildirib ki, bənzər mexanizm əvvəllər mövcud olmayıb və indi proses təcili qaydada işə salınıb. Yekun qərarın dekabr ayında veriləcəyi gözlənilir.
Qeyd edək ki, keçmiş şahzadə Endryu fevralın 19-da, 66-cı ad günündə Böyük Britaniyanın ticarət elçisi olduğu dövrdə maliyyəçi Cefri Epşteynlə məxfilik təşkil edən məlumatları paylaşmaqda və vəzifə səlahiyyətlərini aşmaqda şübhəli bilinərək həbs edilib.
Bununla yanaşı, ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Tomas Massi çıxış edərək onu ABŞ ərazisində cinsi cinayətlər törətməkdə ittiham edib və pedofil maliyyəçinin yaxınlarının məsuliyyətə cəlb olunmasını tələb edib.
Xatırladaq ki, 1237-ci ildən bəri mövcud olan “Londonun Azadlığı” titulu Böyük Britaniya tarixinin ən qədim ənənələrindən biri hesab olunur və hazırda xüsusi xidmətlərə görə simvolik ehtiram əlaməti kimi təqdim edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 11 Sentyabr 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















