Icma.az
close
up
RU
“Krasnodar” ardıcıl ikinci dəfə qış fasiləsinə lider yollandı

“Krasnodar” ardıcıl ikinci dəfə qış fasiləsinə lider yollandı

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Premyer-liqada böyük fasilə ərəfəsində son tur oynanıldı.

“Spartak” ilin sonunda əla sürət yığıb. Bəlkə də bu klubun fanatları fasilənin belə bir vaxta təsadüf etməsini istəməzdi. Moskva nəhəngi “Nijni Novqorod”u 3 cavasız qolla məğlub edərək ardıcıl 4-cü böyükhesablı qələbəsini qazandı. Bu, turnirin rekordudu. Rusiya çempionatında ardıcıl 4 darmadağını daha öncə “Spartak” özü (1993), “Zenit” (2005) və “Rubin” (2009) əldə etmişdi.
“Zenit” isə əksinə, bəlkə də qış fasiləsinin gəlməsinə sevinir. Çünki komanda son həftələrdə tanınmaz haldadı. “Kraılya Sovetov”un ardından Samara bölgəsinin daha bir təmsilçisi – debütant “Akron” da “Zenit”i məğlub etdi. Özü də səfərdə. Qonaqların zəfərinə dramatiklik qatan məqam odu ki, qələbə qolunu uzun müddət “Zenit”in şərəfini qorumuş və bu klubdan Sergey Semakla gərgin münasibətlər üzündən ayrılmış təcrübəli Dzyuba vurdu! Maraqlıdı ki, bu ilə qədər “Zenit” in Semakın dövründə evdə ardıcıl 2 məğlubiyyəti olmamışdı. Amma bu təqvim ilində Sankt-Peterburq nəhəngi artıq ikinci dəfə belə aqibətlə üzləşdi. Yüksəlişini davam etdirən “Rostov” “Krılya Sovetov”u yenməklə ardıcıl 4-cü qələbəsini qazandı.
“Rubin” Mahaçqalada inanılmaz əzmkarlıq sərgiləyərək iki top fərqi ilə geridə olduğu qarşılaşmadan qalib ayrıldı. Kazanlılar sonuncu dəfə 2021-in mayında “Arsenal”la oyunda (4:2) 0:2-dən geri dönməyi bacarmışdılar. “Rubin” həm də bu mövsüm 4-cü əzmkar qələbəsini qazanaraq indidən rekordunu təkrarladı. “Dinamo” “Ximki”ni darmadağın etdisə, ÇSKA-ya Voronejdə qalib gəlmək üçün 1 qol kifayət etdi. Tamerlan Musayevin bu mövsüm vurduğu 7 qoldan 6-sı komandasına qələbə qazandırıb və o, bu göstəricidə hamını üstələyir.
Turun Krasnodarda keçirilən mərkəzi oyunu maraqlı alınsa da, fanatlar qol görmədi. Murad Musayevin komandasının xüsusilə 2-ci hissədəki böyük üstünlüyü fayda vermədi. Maraqlıdı ki, “öküzlər” son 4 turu qələbəsiz (3 heç-heçə, 1 məğlubiyyət) başa vursalar da, ardıcıl ikinci mövsüm qış fasiləsinə lider qismində yollandılar! “Krasnodar” ilk dövrədə “Zenit”i məğlub etdiyi üçün liderliyi ələ keçirdi.
18-ci tur
Zenit – Akron 1:2

Mostovoy, 21 – Lonçar, 10. Dzyuba, 40.
Zenit: Latışonok, Mantuan, Nino, Rodriqao (Axmetov, 46), Santos, Barrios, Vendel (Sobolev, 62), Klaudinyo (Qondu, 46), Qluşenkov (Pedro, 82), Mostovoy (Yeroxin, 82), Kassyerra.
Krasnodar – Lokomotiv 0:0
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 60), Tormena, Kosta, Olasa, Pina (Kastanyo, 46), Çernikov, Batçi (Kobnan, 81), Spertsyan (Krivtsov, 66), Sa (Olusequn, 66), Kordoba.
Lokomotiv: Lantratov, Nenaxov, Montes (Nyamsi, 80), Morozov, Silyanov, Karpukas, Barinov, Samoşnikov, Pinyaev (Tiknizyan, 80), Batrakov, Süleymanov (Vorobyov, 73).
Spartak – Nijni Novqorod 3:0
Bonqonda, 53. Uqalde, 62. Barko, 64.
Spartak: Maksimenko, Denisov, Duarte, Babiç (Çernov, 88), Ryabçuk (Manqaş, 83), Umyarov, Martins (Prutsev, 75), Bonqonda (Medina, 75), Barko, Markinyos, Uqalde (Nikolson, 83).
Fakel – ÇSKA 0:1
Musayev, 13.
ÇSKA: Torop, Kellven, Diveyev, Roşa, Moyzes, Kruqovoy, Kislyak, Pyaniç, Oblyakov (Bistroviç, 85), Fayzullayev (Jemaletdinov, 87), Musayev.
Dinamo M – Ximki 4:1
Tyukavin, 14; 78. Karraskal, 50. Qrulev, 89 – Mirzov, 58.
Rostov – Krılya Sovetov 3:1
Oroz, 37-öz qapısına. Mohebi, 50. Osipenko, 72-p. – Oleynikov, 32.
Dinamo Mh – Rubin 2:3
Dapo, 16. Mreziq, 39 – Yoçiç, 43. Teslenko, 55. Şabanhacay, 69.
Axmat – Orenburq 1:0
Jirov, 50.
1. Krasnodar 18 11 6 1 34-12 39
2. Zenit 18 12 3 3 37-12 39
3. Spartak 18 11 4 3 36-14 37
4. Dinamo M 18 10 5 3 37-20 35
5. Lokomotiv 18 11 2 5 33-26 35
6. ÇSKA 18 9 4 5 28-14 31
7. Rostov 18 7 5 6 29-28 26
8. Rubin 18 7 5 6 25-26 26
9. Akron 18 6 4 8 22-34 22
10. Krılya Sovetov 18 5 3 10 19-29 18
11. Dinamo Mh 18 3 8 7 11-17 17
12. Nijni Novqorod 18 4 4 10 15-34 16
13. Ximki 18 3 7 8 22-35 16
14. Fakel 18 2 8 8 11-25 14
15. Axmat 18 2 7 9 16-32 13
16. Orenburq 18 1 5 12 16-33 8
Bombardirlər: Uqalde (Spartak) – 15, Batrakov (Lokomotiv) – 10, Daku (Rubin) – 9, Barko (Spartak), Kordoba (Krasnodar), Qluşenkov (Zenit) – 8.
Növbəti turun oyunları gələn il martın 1-2-də keçiriləcək: Krasnodar – Krılya Sovetov, Nijni Novqorod – Akron, Axmat – Rubin, Dinamo Mh – Lokomotiv, Ximki – Fakel, Rostov – Dinamo M, Spartak – Orenburq, Zenit – ÇSKA.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Təəssüf ki, ili iki ardıcıl ev məğlubiyyəti ilə başa vurduq. Belə məqamlar adama heç də xoş emosiyalar bəxş etmir. Bu qarşılaşma da bundan əvvəlki ev oyunumuza bənzədi. Yenə müdafiədə diqqətsizliyə yol verib çox asan qollar buraxdıq. Rəqib qapımız önündə yaratdığı hər iki fürsəti qola çevirdi. Əslində onların heç birini yüzfaizlik şans adlandırmaq olmaz. Son iki oyunumuz göstərdi ki, qol vura bilmirsənsə, topa sahibolma və yaradılan qol fürsətləri sənə heç bir fayda vermir. Əsas nəticədi. Müdafiədə asan qollar buraxmağımız azmış kimi, hücumda da fürsətlərdən çox çətin istifadə edirik. Qol vursaq da, bu qol yenə qələbə üçün kifayət etmədi”.


Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:

“İlk növbədə fanatlarımıza təşəkkür edirəm. Oyunboyu bizi inanılmaz dəstəkləyərək irəli səslədilər. Heç bir oyunçuma iradım yoxdu. Hər kəs meydanda var gücünü qoydu. Qələbə qolunu vurmaq üçün əlimizdən gələni etdik. Hakimlik haqda danışmaq istəmirəm. Emosiyalara qapıldığım üçün tribunaya göndərildim. İlk dövrədə bundan da çox xal toplaya bilərdik. Amma mövsümə inamsız başladığımızı nəzərə alsaq, qış fasiləsinə lider yollanmağımız əla nəticədi. Çünki 3 turdan sonra çoxları artıq bizi siyahıdan silmişdi. Təəssüf ki, yığma üzvərində son matçlarda artıq yorğunluq özünü biruzə verdi. Onlar həqiqətən də yığmaların oyunlarında çox böyük məsafə qət edib geri dönürlər. Fasilə mənə yox, daha çox onlara lazımdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Dekabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri