“KredAqro”dan saxta sənədlə kredit götürdü, qohumu ifşa etdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Bakıda “KredAqro” Bank Olmayan Kredit Təşkilatına qarşı dələduzluq etmiş şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, Səbail Rayon Məhkəməsi saxta vəsiqə ilə “KredAqro”dan 5 min manat kredit götürən Anar Abdullayevin (ad-soyad şərtidir) azadlığını 2 il 6 ay müddətinə məhdudlaşdırıb.
Hadisəyə gəlincə, 32 yaşlı Anar özünə və ona zamin duran dostlarına Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinə aid saxta vəsiqə və kredit təşkilatına təqdim etmək üçün saxta bank rekvizitləri hazırlayıb.
Maraqlıdır ki, “KredAqro”nun kredit mütəxəssisləri bu saxtakarlığın fərqində olmayıblar. Sonradan qurum əməkdaşları kredit ödənişi üçün Anara zəng edəndə, o, növbəti tarixlərdə ödəniş edəcəyini bildirsə də, ardınca zənglərə cavab verməyib.
Onun əslində, DSX-də yox, Yevlaxda traktorçu işlədiyini isə BOKT-dan kredit götürərkən nömrəsini verdiyi qohumu deyib. Bundan sonra dələduzluğa məruz qaldığını bilən “KredAqro” hüquq-mühafizə orqanlarına müraciət edib.
Emin Səfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 05 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















