Icma.az
close
up
RU
KREDİT ALMAĞA MƏCBUR OLANLAR... İslam dini nə deyir?

KREDİT ALMAĞA MƏCBUR OLANLAR... İslam dini nə deyir?

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Bəzən maddi çətinliklər, gündəlik xərclərin artması və gəlirlərin zəruri ehtiyacları qarşılamaqda yetərsiz qalması bir çox insanı borc götürməyə vadar edir. Bəziləri ev, müalicə və digər vacib ehtiyaclarını qarşılamaq üçün kreditə üz tutur, digərləri isə gündəlik dolanışığını təmin etmək məqsədilə borclanır. Lakin İslam dinində borc götürməyə və xüsusilə faizli kreditlərə münasibət müəyyən dini prinsiplərlə tənzimlənir. Bu baxımdan borcun hansı məqsədlə götürülməsi, insanın maddi vəziyyəti və alternativ imkanlarının olub-olmaması mühüm əhəmiyyət daşıyır. 

Bəs İslamda hansı hallarda borclanmaq məqbul hesab olunur? Zəruri ehtiyaclarını ödəmək üçün faizli kredit götürməyə məcbur qalan şəxsin dini məsuliyyəti necə qiymətləndirilir və belə hallarda zərurət amili nəzərə alınırmı?

Mövzunu "Azpolitika"ya şərh edən ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində mümkün qədər borc götürməkdən çəkinmək, insanın öz imkanlarına uyğun yaşaması və qənaətcil olması tövsiyə edilir. Bununla belə, müxtəlif dövrlərdə insanların borc götürməyə ehtiyacı yarana bilər: "Belə hallarda müəyyən şərtlərə əməl olunmalıdır. İnsanlar zəruri ehtiyaclarından artıq borc götürməməli, borcun qaytarılması ilə bağlı öhdəliklərini vaxtında yerinə yetirməli və qarşı tərəfin hüquqlarını nəzərə almalıdır. Borc götürən şəxs razılaşdırılan müddətdə borcunu qaytarmağa çalışmalı və bu məsuliyyətə ciddi yanaşmalıdır. İslam dinində faizlə borc vermək və bunun müqabilində əlavə mənfəət tələb etmək qadağandır. Xüsusilə, insanın maddi çətinliyindən yararlanaraq onu istismar etmək yolverilməzdir. Bununla yanaşı, müasir dövrdə kredit məsələsi də aktualdır. İnsan zəruri ehtiyaclarını qarşılamaq üçün çıxılmaz vəziyyətdə qalarsa, məsələn, ailəsini dolandırmaq, sosial vəziyyətini yaxşılaşdırmaq və ya iş qurmaq məqsədilə kredit götürməyə məcbur olarsa, bu məsələyə yanaşmada zərurət amili də nəzərə alınmalıdır.

Belə vəziyyətlərdə insan, ilk növbədə, faizsiz borc almaq imkanlarını araşdırmalıdır. Əgər başqa çıxış yolu yoxdursa və kredit götürmək zərurəti yaranırsa, borcun məbləğini mümkün qədər az tutmalı, yalnız ehtiyacını qarşılamaq üçün zəruri olan qədər vəsait götürməlidir. Çünki faizli kreditlərdə sələm elementi mövcuddur və İslam dinində sələm qadağan edilib.

Buna görə də faizsiz borc almaq imkanı varsa, bu yola üstünlük verilməlidir. Yaxınlarından və ya borc vermək imkanı olan şəxslərdən faizsiz vəsait əldə etmək mümkündürsə, həmin imkanlardan yararlanmaq daha məqsədəuyğundur. Əsas məqsəd zəruri ehtiyacları qarşılamaqla yanaşı, mümkün qədər faizli borcdan uzaq durmaqdır".

Günəş Fərəh

Azpolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri