Icma.az
close
up
RU
KREDİT DƏLƏDUZLARI İŞ BAŞINDA: Mesaj yazır, inandırır, sonra...

KREDİT DƏLƏDUZLARI İŞ BAŞINDA: Mesaj yazır, inandırır, sonra...

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Son zamanlar ölkəmizdə vətəndaşların vəsaitini oğurlamaq istəyən şəbəkələr tərəfindən müxtəlif dələduzluq vasitələri geniş yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq qurumlar vətəndaşları nə qədər diqqətli olmağa çağırsa da, dələduzların qurbanı olanların sayı heç də az deyil.

Son vaxtlar geniş yayılan dələduzluq hallarından biri də bank olmayan kredit təşkilatları adından vətəndaşlara müxtəlif formada vasitəçilik xarakterli xidmətlərin təklif olunmasıdır. Məsələn, özünü "İdeal Kredit"in əməkdaşı kimi təqdim edən şəxslər "WhatsApp" və digər sosial şəbəkələr vasitəsilə vətəndaşlara yalnız sığorta haqqı ödəməklə, kredit əldə etməyi təklif edirlər.

Vətəndaşlara göndərilən mesajda sənədin ödənişsiz yazılmadığı və kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsinin hər iki üzünün göndərilməsi, 4 əlaqə nömrəsi, vətəndaşın faktiki yaşadığı ünvanın və kart hesabının qeyd olunması tələb olunur. Hətta vətəndaşı inandırmaq üçün götürülən kreditin aylıq üzrə ödəniş cədvəli də təqdim olunur.

Mövzu ilə bağlı bank olmayan kredit təşkilatı "İdeal Kredit"in hüquq və inzibati işlər şöbəsinin rəisi Kamal Verdiyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, vətəndaşlara göndərilən mesajın təşkilatın fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, təmsil etdiyi təşkilat fəaliyyətində şəffaflığa və qanunvericiliyin qaydalarına uyğun şəkildə hərəkət etməyə üstünlük verir:

"Biz öz fəaliyyətimizi bir neçə fundamental istiqamətdə davam etdiririk. BOKT pərakəndə biznes, kiçik və orta sahibkarlıq, böyük korporativ biznesi dəstəkləyir. Müştərilərlə əlaqəni çoxsaylı kommunikasiya vasitələri ilə saxlasaq da, vətəndaşlara sırf qeyd olunan şəkildə mesajlar göndərmirik”.

Müsahibimiz vurğulayıb ki, qeyd olunan məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına məlumat verilib:

“Ümumilikdə vətəndaşlarımızın bu cür dələduzluğun qurbanı olmaması üçün istənilən məlumatla bağlı təşkilatın saytında yerləşən nömrə ilə əlaqə saxlamasını tövsiyə edirik".

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri