Kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir İqtisadçı
Icma.az bildirir, 525.az portalına istinadən.
“Banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a söyləyib. O bildirib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrini azaltmır. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir:
“Hesab edirəm ki, faiz dərəcələri bir müddət yüksək qalacaq”.
İqtisadçı vurğulayıb ki, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur:
“Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 Yanvar 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















