Icma.az
close
up
RU
Kredit fazilərinin düşəcəyini gözləməyə dəyərmi? EKSPERT AÇIQLADI

Kredit fazilərinin düşəcəyini gözləməyə dəyərmi? EKSPERT AÇIQLADI

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Maliyyə Nazirliyinin sistem əhəmiyyətli banklara təxminən 1 milyard dollarlıq depozit yerləşdirmsi iqtisadi müzakirələrə səbəb olub. Bəzən bu hadisə Azərbaycanda kredit faizlərinin ümumi ucuzlaşmasının başlanğıcı kimi şərh edlir. Lakin belə bir nəticəyə gəlmək üçün ciddi əsaslar yoxdur".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Ekspert bu gün depozit portfelinin təxminə 40 milyard manat olduğunu bildirib:

"Bir müddət əvvəl bu portfel 38 milyard manat olandakı faizlərlə 40 milyard manat olandakı faizlər arasında ciddi faizləri endimi yox idi. Deməli, depozit porfelnin indi 2-3% artması sistem üzrə kredit faizlərinə kəskin və davamlı təzyiq yaratmaq gücündə deyil.

İkinci bir tərəfdən isə, nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi yerləşdirdiyi bu vəsaitləri qısa müddətə – əsasən 1-3 ay intervalları ilə yerləşdirir. Halbuki bank kreditləri isə uzun müddətə, yəni bir neçə il üçün verilir. Deməli, qısa müddətli depozitlərin uzunmüddətli kredit faizlərinə davamlı təsir göstərməsi isə mümkün deyil.

Üçüncüsü, kredit faizlərinə təsir edən tək amil banklardakı likvidlik deyil. Pul siyasəti, makroiqtisadi risklər, inflyasiya gözləntiləri və bank sektorunun risk qiymətləndirmə siyasətləri də bu məsələdə həlledici rol oynayır. Bugünkü reallıqda isə Azərbaycanda pul siyasəti ehtiyatlı qalır və inflyasiya hələ də diqqət mərkəzindədir.

Əlqərəz, 1 milyard dollarlıq depozitin yerləşdirilməsi fonunda kredit faizlərinin kəskin düşəcəyini gözləmək qeyri-real arzulara qapılmaqdan başqa bir şey deyil. İqtisadi prososlər isə reallıq üzərində qurulmalıdır, qeyri-realist gözləntilər isə yanlış qərar və ümidlərə səbəb ola bilər.

Sual verilsəki, onda Maliyyə Nazirliyi niyə bunu etdi?

Cavab çox sadədir. Maliyyə Nazirliyinin əsas vəzifələrindən biri dövlət büdcəsinin səmərəli idarə edilməsidir. Buna görə müstəqillik dönəmindən bəri ilk dəfə atılan bu addımı Maliyyə Nazirliyinin yeni komandasının tamamilə doğru addımı hesab edirəm. Sadəcə növbəti illərdə bu depozitlər təkcə sistem əgəmiyyətli banklara deyil, müəyyən mütənasiblik mexanizmləri ilə digər banklara da etibar edilməlidir".

Vasif ƏLİHÜSEYN 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Aprel 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri