Icma.az
close
up
RU
Kredit götürərkən bunlara diqqət edin!

Kredit götürərkən bunlara diqqət edin!

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

“Expressbank” məsuliyyətli borcvermə siyasətinə əsasən, müştərilərini məlumatlandırmaqla yanaşı, ictimaiyyətin maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif kanallar vasitəsilə əhalinin maarifləndirilməsinə xidmət edir. 

Belə ki, bank son illərdə artan dələduzluq hallarından müdafiə və sağlam borcalma vərdişlərinin formalaşdırılmasına diqqət çəkmək üçün əhalini məsuliyyətli borclanma vərdişləri mənimsəməyə çağırır.

Məsuliyyətli borclanma üçün bank borcalan şəxslərə aşağıda təqdim olunan bəndlər üzrə analiz aparmağı təklif edir:

Real ehtiyacların müəyyənləşdirilməsi

Kredit yalnız zəruri hallarda və məqsədli şəkildə götürülməlidir. Bəzən insanlar emosional qərar verərək plansız borclanırlar. Bu isə uzunmüddətli ödəniş çətinliklərinə səbəb ola bilər.

Büdcənin düzgün planlaşdırılması

Borclanmazdan əvvəl aylıq gəlir və xərclər təhlil edilməlidir. Mərkəzi bankın bu istiqamətdə tərtib etdiyi qaydalara əsasən aylıq gəlirin 45%-dək hissəsi kredit ödənişlərinə yönləndirilə bilər. Mütəxəssislər isə tövsiyə edir ki, aylıq gəlirin 30-35%-dən çox hissəsi kredit ödənişlərinə yönəlməsin. Bu, həm maliyyə təhlükəsizliyini qoruyur, həm də qənaət imkanı yaradır.

Kredit şərtləri ilə tanışlıq

Kredit müqaviləsində göstərilən faiz dərəcələri, cərimə şərtləri və müddətlər tam başa düşülməlidir. Hər hansı qeyri-müəyyənlik olduqda, bank əməkdaşından yerindəcə izahat istəmək vacibdir. Unutmayın ki, müqavilə imzaladığınız anda siz hüquqi öhdəlik daşıyırsınız.

Kredit tarixçəsinin qorunması

Ödənişləri vaxtında həyata keçirmək gələcəkdə digər maliyyə xidmətlərindən yararlanmaq imkanlarını artırır. Gecikmiş ödənişlər isə kredit tarixçəsini mənfi təsir altına sala və yeni kredit əldə etməyi çətinləşdirə bilər.

Maliyyə savadlılığının artırılması

Maliyyə qərarlarında uğurlu olmaq üçün bilik ən güclü vasitədir. “Expressbank” mütəmadi olaraq vətəndaşlara şəxsi maliyyə idarəçiliyi, büdcə planlaşdırması və məsuliyyətli borclanma mövzularında maarifləndirici materiallar təqdim edir.

“Expressbank” bildirir ki, əhalinin maliyyə savadlılığının artırılması bankın sosial məsuliyyət strategiyasının prioritet istiqamətlərindən biridir. Bu baxımdan həm müştərilərinin fərdi rifahı, həm də dayanıqlı maliyyə sisteminin qorunması üçün bank bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir.

Qeyd edək ki, “Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 Oktyabr 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri