Icma.az
close
up
RU
Kredit götürərkən niyə 6 ay iş stajı tələb edilir? MARAQLI SƏBƏB KONKRET

Kredit götürərkən niyə 6 ay iş stajı tələb edilir? MARAQLI SƏBƏB KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Azərbaycanda fəaliyyət göstərən əksər banklar istehlak və nağd kredit məhsulları üzrə müraciət edən müştərilərdən ən azı 6 ay iş stajı tələb edir. Bu tələbin arxasında duran əsas səbəblər risklərin azaldılması və kreditin geri qaytarılma ehtimalının qiymətləndirilməsidir. Bəs, banklardan kredit götürmək üçün niyə 6 ay iş stajı istəyirlər?

Mövzu ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, banklar 6 aylıq staj tələbinə ona görə önəm verir ki, kredit alan şəxsin iş yerinin sabit olub-olmadığını müəyyən etsin:

Əkrəm Həsənov

“Çünki kredit verən zaman əsas risk onun geri qaytarılmamasıdır. Kreditin geri ödənilməsinin əsas mənbəyi isə şəxsin stabil gəliridir. Adətən bu, maaş olur. Tutaq ki, vətəndaş bir aydır haradasa işləyir. Belə bir şəxsə kredit verilməsi nə dərəcədə düzgündür? Təcrübədə elə hallar var ki, banklar bu tələbləri tətbiq etməyəndə sui-istifadə halları yaşanır. Məsələn, vətəndaş yalnız kredit götürmək məqsədilə saxta şəkildə işə düzəlir. Həmin müəssisədən maaş almadan sadəcə bir arayış alır və bununla banka müraciət edir”.

Ekspertin sözlərinə görə, bu, o demək deyil ki, banklar həmişə qaydalara əməl edir:

“Məsələn, Premium Bank adlı bankdan bir vətəndaşa 2 milyon 500 min manat məbləğində kredit verilib. Halbuki, bu şəxsin heç bir rəsmi gəliri olmayıb. Üstəlik, məlum olub ki, bu kredit müqabilində başqa bir şəxsin adına olan əmlak saxta sənədlərlə girov qoyulub. Həmin şəxs isə bu barədə ümumiyyətlə məlumatlı olmayıb.
Bu, açıq şəkildə göstərir ki, vətəndaşla bank arasında əlbirlik olub və nəticədə böyük bir əmlak qanunsuz girov qoyulub. Məhkəmədə bu məsələ qaldırıldıqda iddia edilib ki, belə kreditin verilməsinin özü qanunsuzdur. Çünki heç bir gəliri olmayan şəxsə bu qədər böyük məbləğdə vəsaitin ayrılması ciddi şübhələr doğurur”.

Ə.Həsənov vurğulayıb ki, məhkəmə bu arqumentləri qəbul etmir və sadəcə olaraq bankın kredit verdiyini əsas gətirir”.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 31 May 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri